Nənələr folklor qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı həyatını itirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb. Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən cəbhəyə qayıdıb. Bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Qeyd edək ki, Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub. Moskvada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adını alıb.
V.Quliyev məşhur "Nənələr" folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.
O, 30 ildən çox idi ki, Ukraynada yaşayırdı. Onun nəşinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 07 Oktyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















