Nənələr folklor qrupu üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edilib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib.
APA-nın cənub bürosu xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyevin nəşi bu gün doğulduğu kənddə dəfn edilib.
Onunla son vida mərasimində yaxınları, kənd sakinləri ilə yanaşı Ukraynanın Azərbaycandakı hərbi attaşesi polkovnik Taras Novrovski də iştirak edib.
Qeyd edək ki, Vahab Quliyev Kupyansk istiqamətində gedən döyüşlər zamanı PUA zərbəsi nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Vahab Quliyev, məşhur "Nənələr" qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, anasının qəbrinin yanında torpağa tapşırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 16 Oktyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















