Nənələr qrupunun üzvünün oğlu dron hücumunda öldü FOTO
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya-Ukrayna müharibəsində həkim kimi iştirak edən lənkəranlı kişi dron hücumu zamanı öldürülüb.
Lent.az-ın verdiyi xəbərə görə, hərbi həkim 58 yaşlı Vahab Ramazan oğlu Quliyev bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı dron hücumu zamanı həlak olub.
Onun meyitinin Azərbaycana gətirilib, doğulduğu kənddə dəfn olunması üçün tədbirlər görülür.
Qeyd edək ki, rayonun Separadi kəndindən olan 58 yaşlı Vahab Ramazan oğlu Quliyev müharibə başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb.
Həmin müharibədə indiyədək iki dəfə yaralanıb. Bu xəsarətlərə görə müalicə olunub və yenidən döyüşlərə qatılıb.
Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olub. 1993-1994-cü illərdə dissertasiya yazıb, Moskvada müdafiə edərək Tibb Elmləri namizədi adını alıb.
Onu da bildirək ki, Vahab Quliyev, məşhur "Nənələr" folklor qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, 30 ilədən çox idi ki, Ukraynada yaşayırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 Oktyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















