Icma.az
close
up
RU
Nənələr və babalar şəhəri: Qədim mayalıların yeni sirri ortaya çıxdı

Nənələr və babalar şəhəri: Qədim mayalıların yeni sirri ortaya çıxdı

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Arxeoloqlar Qvatemalanın şimalında heyrətamiz bir kəşfə imza atıblar - təxminən 3 000 il yaşı olan qədim maya şəhərinin xarabalıqları aşkar edilib. İspan dilindən tərcümədə "Nənələr və babalar" mənasını verən Los-Abuelos adlanan bu qədim şəhər, bir zamanlar Peten departamentinin şimal hissəsində yerləşən məşhur Uaşaktun arxeoloji abidəsindən cəmi 21 kilometr aralıda mövcud olub.

Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, kəşflə bağlı rəsmi məlumatı Qvatemalanın Mədəniyyət Nazirliyi yayıb.

Qazıntılar zamanı piramidalar və digər monumental abidələrin yaxşı vəziyyətdə qorunub saxlandığı müəyyən edilib ki, bu da Los-Abuelosun qədim maya sivilizasiyasının mühüm mərasim mərkəzlərindən biri olduğunu göstərir. Şəhər öz adını burada aşkar edilmiş, "əcdad cütlüyü"nü təcəssüm etdirən iki insanabənzər heykələ borcludur. Eramızdan əvvəl 500-300-cü illərə aid edilən bu fiqurların, çox güman ki, əcdadlara sitayiş məqsədilə keçirilən rituallarda istifadə edildiyi ehtimal olunur.

Təqribən eramızdan əvvəl 2000-ci ildə yaranan maya sivilizasiyası, müasir Meksikanın cənubu, Qvatemala, eləcə də qismən Beliz, Salvador və Honduras ərazilərində inkişaf edib. Bu sivilizasiya eramızın 400-900-cü illəri arasında öz çiçəklənmə dövrünü yaşayıb. Mayalar memarlıq, astronomiya, riyaziyyat və yazı sahəsindəki yüksək nailiyyətləri ilə tarixə düşüblər.

Ümumi sahəsi təxminən 16 kvadrat kilometr olan Los-Abuelos şəhəri, Qvatemala və Slovakiyadan olan arxeoloqların birgə ekspedisiyası zamanı Uaşaktun milli parkının əvvəllər az öyrənilmiş hissələrində aşkar edilib. Şəhərin xarabalıqlarından əlavə, yaxınlıqdakı ərazidə preklassik dövrə aid freskalar və unikal kanal sistemi olan 33 metrlik piramida da tapılıb.

Bu mühüm kəşf qədim maya sivilizasiyasının hələ də tam öyrənilməmiş tərəflərinə işıq salır və regionda arxeoloji tədqiqatların davam etdirilməsinin zəruriliyini bir daha önə çıxarır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 May 2025 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri