Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Xan babalar, xanım nənələr…

Xan babalar, xanım nənələr…

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Anam elə həvəslə danışardı ki, Mirzəli babasından. O, anamın atası İbrahimin atası idi. Dərələyəzdə sayılıb seçilən bir ağsaqqal idi. Təhsilli idi. Təhsilini isə əvvəl Qumda, sonra Şamda almışdı. Ballı nənə hərdən zarafatyana deyərmiş:

Gah Qumdasan, gah da Şamda,
Ballı zülmət, qara damda.
El başına dolandığım
Heç qoymadı məni darda.
Mirzəli kişi “Quran”ın mükəmməl bilicisi idi. Gözəl hədislər, tərbiyəedici rəvayətlər söyləyər, eli -obanı başına yığardı.
Ballı qarı, yaman günün ömrü azdı,
Elinən gələn qara gün də güllü yazdı.
Tanrı uca, altı gendi, qismətə bax
Yaradanım bəxtimizə “Quran” yazdı.
Anam deyirdi ki, Mirzəli babam bol əlli, bostan könüllü idi, səxavətli idi. Bir insanı darda qoymazdı. Həyat yoldaşı Ballıya deyərmiş ki, pendir, yağ, qovurma küplərini, motalın ağzını açanda barmağının ucu ilə bir azca öz ağzına qoy, sonra qonşulara pay tut! Yemək bişəndə qonşuda filankəs ayağı ağırdı, hamilədi, ya filankəs xəstədi, ya bu qonşuda yaşlı adam var, az da olsa onlara da ver sonra gəl rahat yeyək oturaq. Bir xeyir- şər Mirzəli babasız keçməzmiş gəlinlərə xeyir-dua verər, kəbinlərin kəsərmiş.
Deyirlər ki, ölünü hörmət-izzətlə, namazla yerdən götürər ehsan üçün azuqə də göndərərmiş. Çarəsiz insanlar ona çarə kimi baxar, güvənərdilər.
Mirzəli baba gözəl “Yallı” gedərmiş. Anam deyir ki, Ballı nənə deyirdi: Mirzəli barmaqlarının ucunda oynayardı.
Mirzəli baba dünyasını qarlı qışda dəyişir. Sovet hökuməti təzəcə qurulurdu. Tapşırıq verilmişdi ki, o Quran oxuyur-dindardı heç kəs onu dəfn etməyə getməsin. Təbii iblis xislətli erməni daşnakları buna nail ola bilmirlər. Axşamdan zorla yeriyən ağsaqqal kişilər qəbiristanlığa gedir. Qadınlar çaydan daş gətirir və Mirzəli babanı dəfn edirlər. Çarəsiz qalan hökumət nümayəndələri səhər tezdən evi mühasirəyə alırlar ki, yas mərasimi olmasın. Kəndin ağbirçəklərindən biri Qaratel adlı xanım irəli gəlir və erməniyə deyir: nə qədər qan düşməyib bu köpəkləri də götür, çıx burdan! Sizi daşqalaq edərik! -deyib onlara tərəf nifrin edir.
Ermənilər və onların fitvası ilə bura gələn hökumət nümayəndəri buranı tərk edir. El-oba adəti üzrə Mirzəli babanı dəfin-kəfin edir, ehsan verir! Etdiyi yaxşılıqlar bəhrəsiz qalmır.
Xan babaları, xanım nənələri hörmətlə yad edirik!

Mahirə Nağıqızı
Professor

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 İyul 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see999

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see463

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see366

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see284

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see272

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see271

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see250

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see241

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see215

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see208

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see203

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see201

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see199

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see198

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see195

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see192

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see188

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see187

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see185

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri