Icma.az
close
up
RU
Nənəsinin futbola yazdırdığı Həsən Nəzərov: Ailəmin bu idmanla elə də arası yoxdur

Nənəsinin futbola yazdırdığı Həsən Nəzərov: Ailəmin bu idmanla elə də arası yoxdur

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Hədəfim "Liverpul" klubunda çıxış etməkdir".

Bunu Oxu.Az-a müsahibəsində Azərbaycan millisinin və Türkiyənin "Ankaragücü" klubunun futbolçusu Həsən Nəzərov deyib.

O, eyni zamanda, futbolçu karyerasında baş verən hadisələrdən, azarkeşlərin dəstəyindən də danışıb. Həsən Nəzərovla müsahibəni təqdim edirik:

- Futbola necə başlamısınız? İlk addımlarınız harada olub?

- Futbola ilk addımlarımı Masallıda, Ümid müəllimin yanında atmışam. Bu yolda ən böyük dəstəkçim nənəm olub. Məhz futbola yazdıran şəxs də nənəmdir.

- Nənəniz? O zaman ailədə hər kəs futbolla ciddi maraqlanır deyə bilərik?

- Düzü, ailəmin futbolla elə də arası yoxdur. Lakin mənim irəli getməyim üçün lazım olan hər şeyi edir və daim dəstək olurlar.

- Azərbaycandan kənarda oynamaq qərarına necə gəldiniz?

- Azərbaycandan çıxışım bir anlıq qərarla oldu. "Altınordu" klubu mənim performansımı bəyəndiyi üçün heyətinə cəlb etdi. Burada hər şey yaxşı davam etdiyi üçün Türkiyədə qalmaq qərarına gəldim, daha sonra isə "Ankaragücü" klubuna keçdim.

- Baş məşqçi ilə münasibətiniz necədir? Onun sizə yanaşması oyununuzu necə formalaşdırıb?

- Sadəcə, baş məşqçi ilə deyil, bütün komanda yoldaşlarımla münasibətim çox yaxşıdır. Biz tam olaraq komanda ruhunu formalaşdırmağı bacarmışıq. Hər oyundan öncə də bir-birimizi motivasiya edirik.

- "Ankaragücü" azarkeşləri haqqında fikirləriniz nədir? Onların dəstəyi sizə necə təsir edir?

- Həqiqətən də, Türkiyədə azarkeş dəstəyi çox yüksək səviyyədədir. "Ankaragücü" azarkeşləri hər oyunda bizi dəstəkləyirlər, bizə əlavə ruh verirlər. Bu səbəbdən hər birinə təşəkkür edirəm. Futbolda azarkeş ən önəmli məsələdir. Onlar olmasa, biz də olmarıq.

- Milli komandaya çağırılmaq sizə hansı hissləri yaşadır?

- Təbii ki, milli komandaya dəvət olunan hər futbolçu kimi, mən də gözəl duyğular yaşayıram. Çünki öz ölkəmi təmsil etmək kimi bir şans əldə etmişəm.

- Azərbaycan futbolu barədə fikriniz?

- Ümid edirəm ki, gələcək illərdə daha yaxşı futbol ölkəsi olarıq.

- Gələcəkdə hansı klubda oynamaq istərdiniz? Xəyalınızdakı liqa hansıdır?

- Gələcəkdə böyük liqalarda çıxış etmək istəyirəm. Əsasən, hədəfim İngiltərə Premyer Liqası və "Liverpul"dur.

- Futboldan kənarda maraqlandığınız sahələr, hobbiləriniz varmı?

- Futboldan başqa, heç bir hobbim yoxdur. Bütün diqqətimi futbola yönəltmişəm. Mənim üçün bu idman növü həm hobbidir, həm də iş.

- Karyeranızı başa vurduqdan sonra futbol aləmində qalmaq planınız varmı? Məsələn, məşqçi və ya menecer kimi?

- Əlbəttə. Futbolçu karyeram başa çatdıqda idmandan uzaqlaşmaq niyyətim yoxdur. Ümid edirəm ki, hər şey qaydasında gedər. Əsas məqsədim futbolçu karyeram ərzində çempionluqlar yaşamaq və yüksək liqalarda çıxış etməkdir. Gələcək haqqında danışmaq hələ çox tezdir, amma karyeram bitdikdən sonra məşqçi kimi yola davam etmək istəyirəm.

Qeyd edək ki, Həsən Nəzərov "Ankaragücü" forması ilə əsas heyətdə debüt görüşünə ötən il sentyabrın 18-də "Ərzurumspor"a qarşı səfər oyununda çıxıb. Oyun meydan sahiblərinin minimalhesablı üstünlüyü ilə başa çatıb - 1:0.

Həsən görüşün 84-cü dəqiqəsində meydana çıxıb. İlk turda "Ankaragücü"nün heyətində fərqlənmiş Renat Dadaşov da fasilədən sonra meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Anar Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 İyun 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri