Icma.az
close
up
RU
Ailəmin xilaskarı mənəm

Ailəmin xilaskarı mənəm

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

"Həyatımda çox qadın olmayıb. İnsan özünə hörmət etməlidir. Hələ indiyə qədər məşhurluğumdan istifadə edib küçədə, tədbirdə kiminləsə tanış olmamışam. Cavan vaxtı kiminləsə əl-ələ tutub şəhərdə gəzməmişəm, bulvara qızla çıxmamışam. Çünki belə xasiyyətim olmayıb. Daxilimdə bir ağırlıq olub. Baxamayaraq ki, deyib-gülənəm, elə məqam olur ki, utancaq oluram. Tərbiyə ailədən gəlir". 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Həftənin qonağı" verilişində deyib. O, sevgini "bəla" adlandırıb.

"Allah bizi Leyli-Məcnun sevgisindən qorusun. Sevgi bəladır. Bir də var hörmət. Çox şükür ailəm, övladlarım var. Sevgim də, məhəbbtim də, bütün hisslərim də hamısı ailəmdə cəmləşib. Leyli-Məcnun eşqini heç yaşamaq da istəməmişəm. Ondan qurtulmaq hər oğulun işi deyil. Orada hər şeyin üstündən xətt çəkə bilərsən. Bu elə bir hissdir ki, orada ata-ana, bacı-qardaş, qohum-əqrəba, nəsil - hamısı axırıncı plana keçir. Və sən hər şeyi onda görürsən. Xoşum gələ bilər, deyə bilərəm ki, biz ailə quraq. Kinoda deyir, "Sonra sevərsən". Bu gün ailəm, həyat yoldaşım mənim üçün əvəzolunmazdır. Bir də anam. Atam rəhmətə gedib. Anamın 87 yaşı tamam oldu, başımın tacıdır. Çalışıb-vuruşuram ki, 87-ni 97 edim. Nə qədər ki, onun nəfəsi var, mənim yolum Qazaxa açıqdır. Orada qalır. Buranın havası ona düşmür, qala bilmir. Yaşlananda adam narahat olr. Elə bilir ki, bura gəldilər, evini aparacaqlar". 

V.Məhərrəmli daim ailəsinin yanında olduğunu açıqlayıb:

"Ailəmin xilaskarı mənəm. Onlarla nəyisə bölməmişəm, onları birbaşa ayağa qaldırmışam. Nə problem olubsa, onu mən həll etmişəm. Daha nə olmalıdır? Qədir bilən bilir". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://axsam.az
archiveBu xəbər 03 May 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri