Nepalda Everestə qalxma haqqı 15 min dollara çatdı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nepal hakimiyyəti Everestə qalxmaq üçün icazənin qiymətini artırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Kathmandu Post" ölkə hökumətinin qərarına istinadən məlumat yayıb.
Yeni qaydalara əsasən, əcnəbilər mart ayından may ayına kimi 15 min dollar (11 min dollar əvəzinə), sentyabrdan noyabra qədər 7.5 min dollar (5.5 min dollar əvəzinə), dekabrdan fevrala qədər və yağışlı mövsümdə 3 750 dollar (2 750 dollar əvəzinə) ödəməlidirlər.
Yeni tariflər 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək. Səlahiyyətlilər həmçinin bildiriblər ki, ölkədə 8 min metrdən yuxarı istənilən dağda, o cümlədən Everestdə iki alpinist bir bələdçi tutmalıdır.
Bundan əlavə, dağa qalxmaq icazələrinin qüvvədə olma müddəti indi 55 günlə məhdudlaşdırılacaq. Bu icazə müddəti əvvəl 75 gün təşkil edirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 Yanvar 2025 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















