Icma.az
close
up
RU
Nəqliyyat sistemi modernləşdirilir Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır

Nəqliyyat sistemi modernləşdirilir Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakıda ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Şəhərin əsas yollarında yeni, müasir avtobuslar istifadəyə verilib, marşrut şəbəkəsi optimallaşdırılıb və sərnişinlər üçün komfortlu şərait yaradılıb. Lakin bəzi nəqliyyat növləri var ki, xüsüsən də köhnə avtobuslar cəmiyyətdə narazılıqlar yaradır. Nəqliyyat sisteminin modernləşdirməsi çərçivəsində köhnə nəqliyyat vasitələrinin də yenilənməsi mühümdür. Görəsən, bu istiqamətdə başqa hansı addımlar atılacaq?
Nəqliyyat eksperti Adil Nəbiyev Avtosfer.az-a bildirib ki, son illər Bakıda ictimai nəqliyyatın modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri ümumilikdə müsbət və strateji baxımdan düzgün istiqamətdə atılmış addımlar kimi qiymətləndirmək olar:

“Bu sahədə aparılan islahatlar təkcə nəqliyyatın yenilənməsi deyil, həm də şəhərin ümumi hərəkət sisteminin daha səmərəli və dayanıqlı hala gətirilməsinə yönəlib. Xüsusilə avtobus parkının yenilənməsi, elektrikli nəqliyyat vasitələrinin tətbiqi, metro infrastrukturunun genişləndirilməsi və rəqəmsal həllərin tətbiqi bu prosesin əsas sütunlarını təşkil edir. Müşahidə olunan əsas yeniliklərdən biri avtobusların keyfiyyətcə yenilənməsidir. Son illərdə yüzlərlə müasir avtobus, o cümlədən elektrik və sıxılmış qazla (CNG) ilə işləyən nəqliyyat vasitələri istifadəyə verilib. Təkcə son dövrlər paytaxta yüzlərlə çox elektrik avtobusunun gətirilməsi və bu istiqamətdə davam edən layihələr ictimai nəqliyyatın daha ekoloji və komfortlu olmasına xidmət edir. Eyni zamanda, ölkədə elektrikli avtobusların yerli istehsalına başlanılması bu sahədə uzunmüddətli inkişafın planlaşdırıldığını göstərir.  Bu addımlar həm xidmət keyfiyyətini artırır, həm də şəhərdə ekoloji yükün azalmasına töhfə verir”.
Ekspertin sözlərinə görə, digər mühüm istiqamət metro sisteminin inkişafıdır: “Hazırda Bakıda 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır və bu, şəhərin nəqliyyat xəritəsində ciddi dəyişikliklər vəd edir.  Bununla yanaşı, yeni vaqonların alınması, qatar intervalının azaldılması və rəqəmsal informasiya sistemlərinin tətbiqi sərnişin rahatlığını artıran mühüm yeniliklərdir. Uzunmüddətli perspektivdə isə yüngül relsli nəqliyyat xətlərinin yaradılması planları şəhərin nəqliyyat sistemini daha da şaxələndirməyi hədəfləyir”.
Bununla belə, Adil Nəbiyev hesab edir ki, yeni nəqliyyat vasitələrinin istifadəyə verilməsi tıxac problemini təkbaşına həll etmək gücündə deyil: “Avtobusların sayının artırılması və keyfiyyətinin yaxşılaşdırılması insanların şəxsi avtomobildən imtina etməsinə müəyyən qədər təsir göstərə bilər. Lakin bu, yalnız kompleks yanaşmanın bir hissəsidir. Əgər şəhərdə avtomobillərin sayı sürətlə artmağa davam edirsə və yol infrastrukturu eyni tempdə inkişaf etmirsə, tıxac problemi qalmaqda davam edəcək. Tıxacların azalması üçün daha geniş və sistemli addımların atılması vacibdir. İlk növbədə, ictimai nəqliyyatın sürət və etibarlılıq baxımından rəqabət qabiliyyəti artırılmalıdır. Bunun üçün xüsusi avtobus zolaqlarının genişləndirilməsi və ciddi nəzarət altında saxlanılması mühüm əhəmiyyət daşıyır. Avtobuslar tıxacda qalırsa, vətəndaş üçün ictimai nəqliyyat cəlbedici olmur. Bundan əlavə, nəqliyyatın inteqrasiyası gücləndirilməlidir. Metro, avtobus və gələcəkdə planlaşdırılan LRT xətlərinin bir-biri ilə koordinasiyalı işləməsi, vahid marşrut planlaması və rahat keçid imkanları sərnişin axınını daha düzgün yönləndirə bilər. Bu baxımdan, artıq tətbiq olunan vahid ödəniş sistemi də mühüm addımdır və bu istiqamət daha da inkişaf etdirilməlidir. Digər vacib məsələ şəhərsalma və nəqliyyat siyasətinin uyğunlaşdırılmasıdır. Şəhərin mərkəzinə avtomobil axınının azaldılması üçün parklanma siyasətinin sərtləşdirilməsi, “park et və davam et” (park&ride) sistemlərinin qurulması və alternativ nəqliyyat vasitələrinin – velosiped və piyada infrastrukturlarının inkişafı da vacibdir. Eyni zamanda, ictimai nəqliyyatın istifadə mədəniyyətinin formalaşdırılması da diqqətdən kənarda qalmamalıdır. İnsanlar üçün ictimai nəqliyyatın daha rahat, təhlükəsiz və vaxt baxımından sərfəli olması təmin olunarsa, şəxsi avtomobildən istifadənin azalması daha real olar. Nəticə olaraq demək olar ki, Bakıda ictimai nəqliyyatın modernləşdirilməsi istiqamətində görülən işlər düzgün istiqamətdə atılan ciddi addımlardır və artıq müəyyən nəticələr verməkdədir. Lakin tıxac probleminin həlli üçün təkcə yeni avtobusların alınması kifayət deyil. Bu məsələ yalnız kompleks yanaşma infrastruktur idarəetmə, nəzarət və davranış dəyişikliklərinin birlikdə tətbiqi ilə effektiv şəkildə həll oluna bilər".

Fatimə Dadaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Mart 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see244

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see236

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see230

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see229

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see227

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see224

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see224

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see224

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see218

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see202

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see199

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see198

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see195

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see192

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see189

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see189

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see186

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see184

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see180

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri