Icma.az
close
up
RU
Nəqliyyat üzrə supernazirlik fəaliyyətə başlayır

Nəqliyyat üzrə supernazirlik fəaliyyətə başlayır

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

AZCON-un yaradılması ilə bağlı bəzi ekspertlər müsbət təsirlərlə yanaşı, müəyyən risklərin də olduğunu qeyd edirlər

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin  nizamnaməsi təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. Fərmanla dövlət başçısının 2024-cü il 7 noyabr tarixli fərmanı ilə təsdiqlənmiş AZCON-un idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı"nda nəzərdə tutulan dövlət müəssisələri holdinqin strukturuna daxil edilib.

Fərmanın müddəaları AZCON-un öz əmlakına və onun idarəetməsinə verilmiş dövlət müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə münasibətdə holdinqə tətbiq edilmir.

AZCON-un nizamnamə fondu 10 milyon manat məbləğində müəyyənləşib.

Yada salaq ki, bu holdinqi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) idarə edəcək. 

AZCON-a RİNN tabeliyində olan şirkətlərdən başqa Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu QSC-ləri və “BakuBus” MMC də daxil olunub. Beləliklə, AZCON-un yaradılması ilə RİNN timsalında yeni “supernazirlik” yaranmış oldu.  Yeni yaradılan qurumun əsas məqsədi nəqliyyat və kommunikasiya sahəsində fəaliyyət göstərən dövlət müəssisələrini bir araya gətirərək onların daha effektiv və koordinasiyalı şəkildə idarə edilməsini təmin etməkdir.  Holdinqin əsas rəhbərliyi Müşahidə Şurasına, icra səlahiyyətləri isə icraçı direktora həvalə olunub. Müşahidə Şurası dövlət müəssisələrinin gəlir və xərclərini təsdiq etmək, səmərəliliyi qiymətləndirmək və vəsaitlərin təyinatını müəyyənləşdirmək kimi funksiyaları həyata keçirəcək. Bu qurum həmçinin dövlət investisiyalarının daha səmərəli istifadəsini və nəqliyyat layihələrinin daha planlı həyata keçirilməsini təmin etmək məqsədilə yaradılıb. Holdinqin nizamnamə fondu 10 milyon manat təşkil edir və onun maliyyələşməsi dövlət müəssisələrinin ödədiyi vəsaitlər və digər qanunla icazə verilən mənbələrdən təmin ediləcək. Holdinq strukturunun formalaşdırılması nəzarətin mərkəzləşdirilməsinə və idarəetmə yanaşmalarının standartlaşdırılmasına imkan verəcək ki, bu da şəffaflığın və səmərəliliyin artırılmasına kömək edə bilər.

AZCON-un yaradılması ilə bağlı bəzi ekspertlər müsbət təsirlərlə yanaşı, müəyyən risklərin də olduğunu qeyd edirlər. Məsələn, AZCON-un fərqli sektorlara aid müəssisələri bir araya gətirməsinin onların səmərəliliyi və idarəetmə prosesində çətinliklər yaradacağını vurğulayır. Metropoliten, hava yolları və digər strukturların fərqli iş sahələri ilə bağlılığının idarəetmə və koordinasiya çətinlikləri yarada biləcəyi  düşünülür. 

İqtisadçı ekspert, REAL Partiyasının sədri Natiq Cəfərli isə “Yeni Müsavat”a şərhində bildirdi ki, ümumilikdə nəqliyyat sektorunun optimallaşdırılması vacib məsələlərdən biridir. Çünki Azərbaycanın əsas yaxın və orta gələcək üçün planlarından biri nəqliyyat habına çevrilməkdir. Bunun üçün də bütün nəqliyyat sisteminin vahid sisteminin vahid mərkəzdən idarə olunması vacibdir. Ekspertin sözlərinə görə, sadəcə əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin səmərəliliyinin artırılması üçün də müəyyən işlər görülməlidir: “Azərbaycanda dövlət şirkətlərinin, dövlət holdinqlərinin ən böyük problemi xərc hissəsinin artması və rentabelliyə mənfi təsir göstərməsidir. Bu, rəqabətli mühitə ziyan verməməlidir. Yəni dövlət holdinqinin bu sahədə təşəbbüskar olmağa çalışan özəl sektorun qarşısını kəsmək kimi yanaşması olmamalıdır. Ona görə də adıçəkilən holdinqin yaradılması tendensiya olaraq başa düşüləndir və müsbətdir. Azərbaycanın əsas nəqliyyat habına çevrilməsi üçün dövlət müəyyən addımlar atır. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması da bu addımlardandır. Bu, gələcəkdə Azərbaycana dividentlər gətirə biləcək sahə olacaq. Amma effektiv, şəffaf idarə olunması ilə bağlı daha çox məsələlərə diqqət yetirmək lazımdır. Çünki başqa dövlət şirkətlərinin bu günə qədər olan təcrübəsində ən böyük problem həm şəffaflıq, həm də effektiv idarəetmə ilə bağlı məsələlər olub. Ümid edək ki, yeni yaradılan AZCON-la bağlı gələcəkdə belə məsələlər gündəmə gəlməyəcək”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Yanvar 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri