Icma.az
close
up
RU
Nəqliyyat vasitələrində işıqların nasazlığı qəza ehtimalını artırır Xəbərdarlıq

Nəqliyyat vasitələrində işıqların nasazlığı qəza ehtimalını artırır Xəbərdarlıq

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Payız fəslinin gəlməsi ilə havaların tez-tez dəyişməsi, duman, yağış və qısa gündüz saatları sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Belə şəraitdə nəqliyyat vasitələrinin işıqlandırma sistemlərinin saz vəziyyətdə olmaması qəza ehtimalını dəfələrlə artırır.

"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

"Yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biri nəqliyyat vasitələrinin işıqlandırma sistemlərinin daim saz vəziyyətdə saxlanmasıdır. Avtomobil hərəkətdə olduğu zaman yalnız mühərrik və əyləc sistemi deyil, işıq cihazlarının da işlək vəziyyətdə olması həm sürücünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən mühüm amillərdəndir.

Dumanlı və ya yağışlı havada, eləcə də sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yol sahələrində işıq cihazlarının nasazlığı qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Qanunvericiliyə əsasən, sürücü hərəkətə başlamazdan əvvəl avtomobilin texniki vəziyyətini, o cümlədən işıq cihazlarının  işləkliyini yoxlamalıdır. Ön və arxa işıqların nasazlığı həm görmə, həm də görünmə imkanlarını məhdudlaşdırır ki, bu da digər hərəkət iştirakçıları üçün qəfil və gözlənilməz təhlükələrin yaranmasına səbəb olur.

Xüsusilə məhdud görünmə şəraitində – duman, yağış, qar və ya gecə vaxtı işıqlandırılmayan yol sahələrində işıqlandırma sisteminin nasazlığı qəza ehtimalını dəfələrlə artırır.

Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır. İşıqlandırma sisteminə göstərilən laqeyd münasibət təkcə bir sürücünün deyil, digər hərəkət iştirakçılarının da həyatını risk altına qoyur", - deyə xəbərdarlıqda qeyd olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri