Nəqliyyatda böyük dəyişiklik: Bu rəqəmlər açıqlandı
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin yanvar-avqust aylarında nəqliyyat və anbar təsərrüfatı sektorunda 10 milyard 931,9 milyon manat gəlir əldə edilib.
"Yeni Sabah" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,7 faiz çoxdur.
Hesabat dövründə nəqliyyat sektorunda 162 milyon 739,4 min ton yük daşınıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur. pizza hut
Yük daşınmasında ən böyük artım dəmir yolu nəqliyyatında qeydə alınıb. Bu nəqliyyat növü ilə 12 milyon 129,1 min ton yük daşınıb ki, bu da illik müqayisədə 8,7 faiz çoxdur. Avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi isə 103 milyon 323,3 min tona çataraq 6,9 faiz artıb.
Eyni zamanda, sərnişin daşınmasında da artım qeydə alınıb. Yanvar-avqust aylarında nəqliyyat sektorunda 1 milyard 491 milyon 124,8 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çoxdur.
Sərnişin daşınmasında avtomobil nəqliyyatı 10,8 faiz, dəmir yolu 18 faiz, hava nəqliyyatı 6,2 faiz, dəniz nəqliyyatı isə 10,5 faiz artıb. Avtobuslarla daşınan sərnişinlərin sayı 11 faiz, taksidən istifadə edənlərin sayı isə 6,9 faiz yüksəlib. Metro ilə sərnişin daşınması isə 0,7 faiz azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 21 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















