Icma.az
close
up
RU
Nəqliyyatdakı yeni sistem bu problemləri həll edəcək

Nəqliyyatdakı yeni sistem bu problemləri həll edəcək

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda şəhərdaxili avtobus sərnişindaşımalarında Brutto müqavilə sistemi tətbiq ediləcək. Bəs Brutto müqavilə nəqliyyat sahəsi üçün nə vəd edir?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, Brutto müqavilə ümumilikdə ictimai nəqliyyat daşıyıcılarının dayanıqlı fəaliyyətini təmin edəcək və şəhərdə ictimai nəqliyyatın daha keyfiyyətli xidmət göstərməsinə şərait yaradacaq:

“İndiyə qədər bütün sistem sərnişin ödənişi üzərində qurulmuşdu və bu, dayanıqlı deyildi. Xidmət keyfiyyətində, qrafiklərdə problemlər müşahidə olunurdu, axşam saatlarında avtobus tapmaq çətinləşirdi. Yeni müqaviləyə əsasən, dövlət hər kilometrə görə daşıyıcılara subsidiya verəcək və onlara qarşı tələblər daha sərt olacaq. Bu dəstək əsasən elektriklə və təbii qazla işləyən avtobuslara yönələcək. Bu, daha keyfiyyətli xidmətin göstərilməsinə zəmin yaradacaq. Düşünürəm ki, bu, Azərbaycan ictimai nəqliyyatında tarixi bir hadisədir və bütün ölkənin ictimai nəqliyyatına təsir göstərəcək”.

R.Ağamirzəyev qeyd edib ki, layihə yalnız Bakı üçün deyil, həm də Abşeron, Sumqayıt, Gəncə və işğaldan azad olunmuş Xankəndi, Ağdam, Şuşa, Laçın kimi şəhərlər üçün nəzərdə tutulub. Növbəti illərdə bütün ölkə ərazisində tətbiqi planlaşdırılır:

“Bu sistem dünyada illərdir tətbiq olunur. İlk dəfə 1986-cı ildə London şəhərində istifadəyə verilib. Gələn il Londonda bu sistemin tətbiqinin 40 ili tamam olacaq. Moskva və Tbilisi də artıq bu sistemə keçiblər. Bu, həm ictimai nəqliyyat, həm də daşıyıcılar üçün xoş xəbərdir. Avtoparkın yenilənməsi üçün risklər azalacaq. Bir tərəfdən sərnişin ödəniş edir, digər tərəfdən dövlət subsidiya verir, banklar da kredit ayırmağa daha həvəsli olacaq və bu, avtoparkın daha sürətlə yenilənməsinə imkan yaradacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Sentyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri