Icma.az
close
up
RU
“Yaxında ictimai nəqliyyatdakı islahatların nəticələrini görəcəyik” Nazir müavini

“Yaxında ictimai nəqliyyatdakı islahatların nəticələrini görəcəyik” Nazir müavini

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İctimai nəqliyyat sahəsində islahatlar davam edir və tələbata uyğun olaraq ictimai nəqliyyatın təmin olunması üçün ciddi addımlar atılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanun layihəsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

Nazir müavininin sözlərinə görə, yaxın gələcəkdə bunun real nəticələrini görəcəyik: “Bu sahədə problemlərdən biri dayanacaqlarla bağlıdır. Bu gün AYNA tərəfindən marşrutlar, icra hakimiyyətləri tərəfindən isə dayanacaqların qurulması, saxlanılması müəyyən edilir.

Bu məsələ Prezident Administrasiyası tərəfindən qaldırılaraq vahid yanaşmanın zəruri olduğu bildirilib və buna uyğun olaraq qanunlara müvafiq dəyişikliklər hazırlanıb. AYNA tərəfindən bu işlərin görülməyi nəzərdə tutulub”.

R.Hümmətov əlavə edib ki, son illərdə ölkə rəhbərliyinin keçirdiyi sosial-iqtisadi siyasət, qəbul olunan dövlət proqramları nəqliyyat infrastrukturunun genişlənməsinə, inkişafına şərait yaradıb: “Nəticədə Azərbaycan qısa müddətdə Avrasiya qitəsində nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir. Hava, dəniz limanları və digər nəqliyyat sahəsində görülən işlərlə ötən il Azərbaycan üzərindən rekord həcmdə tranzit yük daşınıb. Bu rəqəm artıq 15 milyon tona yaxınlaşır. Eləcə də ölkədaxili yükdaşımalarında ciddi artımlar müşahidə edilir. Ölkə ərazisindən keçən bir sıra nəqliyyat dəhlizləri - istər şimal-cənub, istərsə də şərq-qərb dəhlizləri, məlum görüşlərdən, bəyanatlardan və son imzalanan sənədlərdən sonra daha da geniş perspektivlər açır”.

Nuranə Daxilqızı 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see232

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see230

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see223

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see213

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see193

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see167

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see157

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see157

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see155

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see149

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see140

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see140

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see137

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see135

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see134

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see133

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see129

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri