Icma.az
close
up
RU
İctimai nəqliyyatdakı problemlər bitmir Sıxlıq, gecikmələr, xəstəlik...

İctimai nəqliyyatdakı problemlər bitmir Sıxlıq, gecikmələr, xəstəlik...

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Paytaxtda metro və avtobuslarda müşahidə olunan sıxlıq sərnişinlərin həm təhlükəsizlik, həm də sağlamlıq baxımından narahatlığını artırır. Xüsusilə pik saatlarda nəqliyyatda yaranan izdiham və marşrutlar üzrə intervalların uzun olması vəziyyəti daha da çətinləşdirir. Bu isə vətəndaşların gündəlik hərəkətində ciddi problemlər yaradır. Mövcud vəziyyət ictimai nəqliyyat sistemində hansı çatışmazlıqların olduğunu və problemin aradan qaldırılması üçün hansı addımların atılmalı olduğunu gündəmə gətirir.
Nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ kifayət qədər ciddidir və onu bir-iki cümlə ilə izah etmək mümkün deyil:
“Paytaxtda yaranan nəqliyyat sıxlığının əsas səbəblərindən biri də insanların ictimai nəqliyyatdan rahat istifadə edə bilməməsidir. Sərnişinlər avtobus və metroda sıxlıqla qarşılaşdıqları üçün daha çox fərdi nəqliyyat vasitələrinə üstünlük verirlər ki, bu da şəhərdə tıxacların artmasına səbəb olur. Problemin həlli üçün nəqliyyat infrastrukturu genişləndirilməlidir. Metro stansiyalarının və avtobus marşrutlarının sayı artırılmalı, xüsusi zolaqlar və digər nəqliyyat imkanları təkmilləşdirilməlidir. Bütün bunlar kompleks tədbirlər çərçivəsində həyata keçirilməlidir. Nəqliyyat sıxlığı təkcə vaxt itkisinə deyil, həm də insanların sağlamlığına ciddi təsir göstərən amillərdən biridir”.
O bildirib ki, uzun müddət tıxacda qalmaq stress səviyyəsini artırır, əsəb gərginliyi və yorğunluq yaradır:
“Avtomobillərin çoxluğu havada zərərli qazların miqdarını artıraraq nəfəs yolları xəstəliklərinin yaranma riskini yüksəldir. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün bu cür çirklənmiş hava daha təhlükəli hesab olunur. Bundan başqa, saatlarla hərəkətsiz vəziyyətdə avtomobildə qalmaq ürək-damar sisteminə də mənfi təsir göstərə bilər. Tıxac probleminin aradan qaldırılması həm şəhər həyatının rahatlığı, həm də ictimai sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri