Nəriman Abdullayev: Rusiyalı boksçu rəqabəti artırmaq üçün Azərbaycan çempionatında çıxış etdi
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyalı boksçu Batraz Mildzoxov Azərbaycan çempionatına rəqabəti artırmaq məqsədi ilə qatılıb.
Bunu "Report"a açıqlamasında Azərbaycanın kişi boksçulardan ibarət millisinin böyük məşqçisi Nəriman Abdullayev deyib.
O, başa çatan yarışın qalibi olan Mildzoxovla bağlı danışıb:
"Adıçəkilən idmançı Bakıda təlim-məşq toplanışına qatılmışdı. Biz də yarışın daha maraqlı və rəqabətli keçməsi üçün onun da iştirak etməsini uyğun hesab etdik".
Təcrübəli mütəxəssis yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:
"Aşağı çəkilərdə yüksək rəqabətə şahidlik etdik. Budəfəki ölkə çempionatının əvvəlkilərdən daha yüksək səviyyədə keçdiyini deyə bilərəm. Baxmayaraq ki, yığmanın əsas heyət üzvlərindən dördü - Məhəmməd Abdullayev, Alfonso Dominqes, Səidcəmşid Cəfərov və Sübhan Mamedov yarışda iştirak etmirdilər. Onlar dünya çempionatına hazırlaşırlar".
Qeyd edək ki, Boks Mərkəzində təşkil olunan Azərbaycan çempionatında kişilərin mübarizəsinə dünən yekun vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 29 Yanvar 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















