Nəriman Axundzadə “Ərzurumspor”dan ayrıla bilər
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Nəriman Axundzadənin Türkiyənin "Ərzurumspor" klubundakı çıxışı rəhbərlik və məşqçilər heyətində narazılıq yaradıb.
“Yeni Sabah” xəbər verir ki, 22 yaşlı futbolçunun Superliqa təmsilçisindəki gələcəyi şübhə altına düşüb.
ABŞ-nin "Kolumbus Kryu" klubundan 1 illik icarəyə götürülən hücumçu hələ ki, komandanın heyətində cəmi 3 matçda meydana çıxıb və hər birində oyuna sonradan daxil olub. Meydanda olduğu müddətdə qol və ya məhsuldar ötürmə ilə fərqlənə bilməməsi onun komandadakı mövqeyini zəiflədib. Pepperoni pizza
Türkiyə klubunun məşqçilər korpusu futbolçunun formada olmadığını Azərbaycanın U-21 millisinin Çexiyaya karşı keçirdiyi ev oyununda da müşahidə edib. Matça start heyətində başlayan və 77 dəqiqə meydanda qalan Nərimanın zəif performansı diqqətdən yayınmayıb. Hərçənd "Ərzurumspor"un mövsümün sonunda futbolçunun transfer hüququnu almaq imkanı var, hücumçu oyununu yaxşılaşdırmayacağı təqdirdə klub bu opsiyadan imtina etməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 29 Sentyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















