Nərimanın iki komanda yoldaşı futboldan ömürlük uzaqlaşdırıldı SƏBƏB
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerikanın Böyük Futbol Liqası (MLS) iki futbolçunu ömürlük diskvalifikasiya edib.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Söhbət azərbaycanlı futbolçu Nəriman Axundzadənin yeni klubu "Kolambus Kryu"nin iki oyunçusundan - Derrik Cons və Yeo Yeboadan gedir. MLS onları mərc oyunlarına qurşandıqlarına görə futboldan "silib".
Cons və Yeboa 2024 və 2025-ci illərdə öz komandalarının iştirak etdiyi matçlarda aktiv şəkildə idman mərcləri etməkdə günahlandırılırlar. Hər iki oyunçu 2024-cü ilin oktyabr ayında matçda sarı vərəqə alacağına mərc ediblər və bunu reallaşdırıblar.
MLS həmçinin müəyyən edib ki, Cons və Yeboa matç zamanı sarı vərəqə almaq niyyətləri barədə məlumatları digər oyunçularla paylaşıblar. Bununla belə, qeyd edilib ki, bu mərclərin hər hansı birinin matçın nəticəsinə təsir etdiyinə dair dəlil yoxdur.
Cons və Yeboa "Kolumbus Kryu" ilə Liqa Kubokunun qalibləridir. Cons yalnız ABŞ-da oynayıb, Yeboa isə əvvəllər "Lill" (Fransa), "Tvente" (Niderland), "Visla" (Polşa) və "Real Ovyedo" (İspaniya) klublarında oynayıb və həmçinin "Mançester Siti"də də oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 Mart 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















