Nərimanovda çirkab suları küçəyə axır Dəfələrlə müraciət etmişik (Fotolar, VİDEO)
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 42a ünvanında kanalizasiya sistemi tutulub, çirkab suları küçələrə axır. Küçədə yerləşən binaların zirzəmiləri də zibillə dolub-daşır, amma aidiyyəti qurumlar hələ ki problemə reaksiya vermirlər.
Bu barədə adıçəkilən ünvanda yaşayan sakinlər “AzPolitika”ya göndərdikləri müraciətdə bildirirlər. Redaksiyamıza təqdim edilən foto və videolarda küçədə vəziyyətin acınacaqlı olduğu aydın görünür.
“Bütün məhəllə antisanitariya içərisindədir, keçmək olmur, iy-qoxu ətrafı bürüyüb, aidiyyəti qurumlara dəfələrlə müraciət etsək maraqlanan olmayıb”.
Sakinlər “AzPolitika” vasitəsi ilə problemi ictimailəşdirib müvafiq qurumlardan problemi həll etməyi xahiş edirlər.

Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 02 İyun 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















