“Nəsildən nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 30 aprel, AZƏTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsi uğurla davam edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə teatrın kiçik səhnəsində layihə çərçivəsində keçirilmiş tematik seminarın “Teatr pedaqogikası: istedad yoxsa elm?..” adlı paneli keçirilib. Panelin qonağı Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor, aktyor Nicat Kazımov olub.
Seminarı Mərkəzin direktoru vəzifəsini icra edən Vüqar Hümbətov açaraq layihənin nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, gənclərlə mütəxəssislər arasında sənət müzakirələrinin təşkili, bu sahəyə diqqətin artırılması, gənclərin iştirakı ilə aktiv yaradıcı mühitin formalaşdırılması məqsədini daşıdığını bildirib.
Nicat Kazımov teatr pedaqogikasının nəzəri-praktiki əsasları, teatr təhsilində ənənə və müasirlik, müxtəliflik, yeni yaradıcı tendensiyalar kimi mövzulardan söhbət açaraq auditoriya ilə fikir mübadiləsi aparıb.
Mərkəzin əməkdaşı, teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən seminarın sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















