Icma.az
close
up
RU
“Nəsillərarası konflikt faciəyə səbəb olur”: Goranboydakı qətlə psixoloji baxış

“Nəsillərarası konflikt faciəyə səbəb olur”: Goranboydakı qətlə psixoloji baxış

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Goranboyda iki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Goranboy rayon prokurorluğundan verlən məlumata görə, iyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.


Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirdi ki, insan doğulduğu gündən cəmiyyət həyatına daxil olur, sosiallaşır və özünəməxsus inkişaf mərhələsi keçir:


“İnsanın inkişafında bioloji, sosial və psixoloji olmaqla bir çox amillər iştirak edir. Bu nöqteyi nəzərdən  hesab edirəmki,uşaq və yeniyetmələrin inkişafında iştirak edən ən mühüm sosial qrup-ailədir. Ailə-sosial mövqenin formalaşmasına təsir edən ən vacib amillərdən biridir. Hər bir ailə ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal xüsusiyyətlərə malikdir.16 yaşına çatan birisi artıq yetkin insanlar qədər, yaxşı pisi bir birindən ayırd edə bilir, kədərin sevincin nə olduğunu, nifrətin sevginin nə olduğunu anlayır. Yeniyetmə beyni həqiqətən də böyük inkişaf dövründən keçir. Həm strukturu, həm də uşaqlıqdakı funksiyası dəyişir və yalnız 20-li yaşların ortalarında stabilləşir. Valideynlərin yeniyetmələrlə qarşılıqlı münasibətləri ailədə olan psixoloji iqlimindən asılıdır. Əgər uşaqlar valideynlərindən diqqət, qayğı və yaxşı münasibət görürsə, yeniyetmələrdə bu dövr rahat, səlis və asan keçir. Əgər bu dövrdə yeniyetmələr atıldığını, lazımsız olduğunu, sevilmədiyini hiss edərsə, onda başqalarına qarşı eqoizm, aqressiya, sərtlik və nifrət yaranır. Bu yaş dövründə valideynlər tələbatları ödəmək və azadlığı məhdudlaşdırmaq üçün bir mexanizmə çevrilirlər. Əgər valideynlərin yeniyetmə ilə ünsiyyətində mürəkkəblik açıq-aydın görünürsə, onda bu hər şeydən əvvəl uşaqların sərbəst olmağa can atmaqları ilə əlaqələndirilir. Bu aysberqin ancaq görünən hissəsidir. Əslində isə həqiqətən də yeniyetməlik yaş dövründə valideynlərlə uşaqlar arasında yaş distansiyası ilə əlaqədar olaraq “nəsillər” konflikti şiddətlənir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri