Icma.az
close
up
RU
Nəsimi Rayon Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat konfransı keçirilib

Nəsimi Rayon Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat konfransı keçirilib

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi Rayon Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat konfransı keçirilib.

İlk öncə tədbirə dəvət olunan qonaqlar, rayon rəhbərliyi və Ağsaqqallar Şurasının

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik swkutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Şuranın sədri prof. Vaqif Şadlinski Nəsimi Rayon Ağsaqqallar Şurasının 2023-2025-ci illərə dair hesabatı ilə bağlı geniş məruzə etmişdir. (Hesabat dövrü ərzində görülən işlər sadalanarkən həmin tədbirlər video-çarx vasitəsilə yığıncaq iştirakçılarına çatdırılmışdır.)

İlk öncə iclasda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri prof. Eldar Quliyev respublikanın ictimai-siyasi həyatındakı mövcud vəziyyəti geniş təhlil etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan iqtisadi islahatlardan danışmış, Nəsimi Rayon Ağsaqqallar Şurasının, xüsusilə Şuranın sədri prof. Vaqif Şadlinskinin fəaliyyətini yüksək dəyərləndirmişdir.

Sonra tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov, Rayon Ağsaqqallar Şurasının üzvü, Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Tibb Universitetinin professoru Qalib Qarayev, Azərbaycan Dillər Universitetinin dosenti Vidadi Bəşirov, Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvləri – Zöhrab Fərəcov, Vilayət Quliyev və başqaları çıxış edərək rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolundan, rayonda ağsaqqalların nüfuzunun günbəgün artmasından və bu işdə Nəsimi Rayon Ağsaqqallar Şurasının, Şuranın sədri Vaqif Şadlinskinin böyük rolundan söz açmışlar.

Daha sonra çıxış edən Xalid Kərimov Nəsimi Rayon Ağsaqqallar Şurasının 2 illik fəaliyyət dövrünün hesabatının qənaətbəxş hesab edilməsini təklif etmişdir.

Təklif səsə qoyulmuş, hesabat yığıncağının iştirakçıları yekdilliklə Nəsimi Rayon Ağsaqqallar Şurasının 2023-2025-ci fəaliyyət illərinin hesabatını qənaətbəxş hesab etmişlər.

Tədbir iştirakçıları açıq səsvermə yolu ilə yekdilliklə Əməkdar elm xadimi, professor Vaqif Şadlinskini yenidən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri seçmişlər.

Yığıncaq bir qrup rayon ağsaqqalının mükafatlarla təltif edilməsi ilə davam etmişdir. İlk öncə “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, Eldar İsmayılov Əməkdar elm xadimi, professor Vaqif Şadlinskiyə “Qızıl ürək” medalını təqdim etmişdir. Daha sonra Azərbaycan Ağsaqqallar Şurası tərəfindən Nəsimi Rayon Ağsaqqallar Şurasının üzvü, ADU rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev “Fəxri Fərman”la təltif edilmişdir.

Daha sonra Nəsimi Rayon Ağsaqqallar Şurasının bir qrup üzvləri “Təşəkkürnamə” ilə təltif olunmuş, təltif olunanlar adından Azərbaycan Dillər Universitetinin rektor müşaviri Ələddin Əliyev çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasına və üzvü olduğu Rayon Ağsaqqallar Şurasına öz minnətdarlıqlarını bildirmişdir.

Sonda Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, prof. Vaqif Şadlinski çıxış edərək bir daha ölkə rəhbərliyinə, Azərbaycan Ağsaqqallar Şurasına və Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 May 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri