Icma.az
close
up
RU
Nəsimi rayonunda “PİLOT 16” MMC vətəndaşın evini belə sökür Video

Nəsimi rayonunda “PİLOT 16” MMC vətəndaşın evini belə sökür Video

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Bakı şəhər sakini Quliyev Yusif Qulu oğlu “PİLOT-16” MMC-dən şikayətçidir.

Bu barədə  Y. Quliyev iddia edir ki, şirkət Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi 55 ünvanında yerləşən və həyat yoldaşı Məhbubə Quliyeva Əli qızının adına olan evini söküb:

 

“Həmin fərdi yaşayış evinin 008011000691-10301 reyestr nömrəli, 17.03.2021-ci il tarixli çıxarışı var. Aramızda heç bir razılaşma olmadan, eləcə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.04.2023-cü il tarixli, 2(006)-972/2023 saylı qərarına əsasən, bizə məxsus torpaq sahəsinin ərazisində “PİLOT-16” MMC-nin qazıntı, söküntü və tikinti işləri aparmasının qadağan edilməsinə, həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.09.2023-cü il tarixli, 2-1(103)-271/2024 saylı qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamının bizə məxsus fərdi yaşayış evinin yerləşdiyi 2,183 sot torpaq sahəsinə münasibətdə etibarsız sayılmasına baxmayaraq, 7 noyabr 2024-cü il tarixdə saat 13 radələrində evimiz ikinci dəfə (birinci dəfə 2023-cü il 18 mart) sökülərək məhv edilib.

 

Söküntü göstərişini “PİLOT-16” MMC-nin direktoru Quliyev Aslan Rafiq oğlu və “Haven Park” MMC-nin icraçı direktoru Həsənov İlqar Vidadi oğlu verib. Nəticədə bizə məxsus əmlaka 250 min manatdan çox zərər dəyib.

Söküntü ilə bağlı Bakı şəhəri, Nəsimi Rayon Prokurorluğunda toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 186.2.1 və 309.2-ci maddələri ilə cinayət işi başlansa da, 4 ay keçməsinə baxmayaraq, bizə dəymiş maddi ziyanın ödənilməsi və həmin əməli törətmiş Quliyev Aslan Rafiq oğlu, Həsənov İlqar Vidadi oğlunun təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbirinin seçilməsi təmin edilməyib.

Eyni zamanda 4 ay keçməsinə baxmayaraq, başlanmış cinayət işinin istintaqı tamamlanaraq, məhkəməyə verilməsi təmin edilmir.

Bunun nəticəsidir ki, həmin gündən sonra “PİLOT-16” MMC bizə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazisində ağır texnika ilə tikilməsi nəzərdə tutulan hündürmərtəbəli binanın bütün bünövrə qazıntı işləri aparılıb və binanın bünövrəsinin qoyulması üçün beton tökülüb. Hazırda həmin işlər davam etdirilir”.

 

Şikayətçi bildirib ki, söküntüdən əvvəl şirkətlə vətəndaş arasında kompensasiya ilə bağlı hansısa razılıq olmayıb.

Vətəndaşın sözlərinə görə, söküntü zamanı ona 61 min ziyan dəyib. Şirkət həmin pulu ödəyib:

“Pulu depozitə qoydular, məhkəmənin sonunda götürəcəyəm”.

Məsələ ilə bağlıPİLOT-16” MMC-nin direktoru Aslan Quliyevlə əlaqə saxlayıb. O, şikayətə belə reaksiya verib:

“Həmin vətəndaş bizim sahədə işləyən ekskavatora “molotov kokteyli” ataraq yandırıb. Nəsimi Rayon Məhkəməsində bununla bağlı cinayət işi açılıb.

Şəxsin evi 98 kvadratmetrdir. Biz Yusif Quliyevlə görüşüb ona kompensasiya təklif etmişik. Söküntü zamanı evə vurduğumuz ziyana görə ona 70 min ödəmişik, hazırda depozitindədir. Kompensasiya kimi 600 min də nağd təklif etmişik. Ümumilikdə 670 min verməyə hazırıq, lakin o, razılaşmır, bizdən 1 milyon pul istəyir. Bunun müqabilində ekskavatora dəyən zərəri ödəmək istəmir.

Biz həmin evin yanında 20-yə yaxın ev almışdıq. 70 minlik zərər həmin evlərin söküntüsü zamanı bu evə dəymişdi.

“Haven Park” MMC layihəsi isə 5 il bundan öncə bitib. İlqar Həsənov “PİLOT-16” MMC-nin iş nəzarətçisidir”. Musavat.com “

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Aprel 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri