Nəsimidə milli mənəvi dəyərlər festivalında uşaqlar təltif olundu
Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tribunainfo.az xəbər verir ki, Nəsimi rayonunda “Milli-mənəvi dəyərlərimiz tarixi irsimiz” mövzusunda “Çıxdı günəş, doldu cahan nur ilə” IV inkluziv yaradıcılıq-festival müsabiqəsinin yekun təltifetmə mərasimi keçirilib.
Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və 1 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz tarixi irsimiz” mövzusunda “Çıxdı günəş, doldu cahan nur ilə” IV inkluziv yaradıcılıq-festival müsabiqəsinin yekun təltifetmə mərasimi keçirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Regional İnkişaf İctimai Birliyi nümayəndələri və 1 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin əməkdaşları iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd gənc nəslə milli-mənəvi dəyərləri aşılamaq, onları vətənpərvər ruhda yetişdirmək, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək və istedadlı uşaqları üzə çıxarmaqdır.
Tədbirdə mahnı və bədii qiraət nominasiyaları üzrə fərqlənən və müxtəlif yerlərə layiq görülən uşaqlar diplomlarla təltif olunublar.
Tədbir boyu mərkəzin dərnək üzvləri tərəfindən musiqi, rəqs və şeir çıxışları təqdim olunub.
Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət xeyriyyə satış sərgisi təşkil edilib və qonaqlar “YAŞAT” Fonduna dəstək olmağa dəvət olunublar.
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 31 May 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















