Icma.az
close
up
RU
Nəsli tükənmiş heyvanların yenidən canlandırılması: Ulu qurd nümunəsi ARAŞDIRMA

Nəsli tükənmiş heyvanların yenidən canlandırılması: Ulu qurd nümunəsi ARAŞDIRMA

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 aprel, Aytac Haqverdiyeva, AZƏRTAC

Canlı aləm daim dəyişir. Təbiət özü zaman-zaman bəzi canlı növləri yoxa çıxarır və ya yenilərini yaradır. Lakin son əsrlərdə bu proses təbii axardan çıxaraq, insan fəaliyyəti ilə birbaşa əlaqələnib. Meşələrin qırılması, iqlim dəyişikliyi, urbanizasiya və ovçuluq kimi amillər bir çox heyvan növünün yox olmasına səbəb olub. Hazırda bəşəriyyət elə bir mərhələyə çatıb ki, artıq nəsli tükənmiş heyvanları yenidən yaratmaq, onları “keçmişdən geri qaytarmaq” ideyası ciddi şəkildə müzakirə edilir. Bu texnoloji və etik cəhətdən olduqca mürəkkəb məsələ elmdə de-ekstinksiyon adlanır.

AZƏRTAC nəsli kəsilmiş canlıların yenidən geri qaytarılması ilə bağlı araşdırmasını təqdim edir.

Növlərin canlanması, həmçinin dirilmə biologiyası və ya növlərin dirçəlişi kimi də tanınan bu proses nəsli kəsilmiş bir orqanizmə bənzəyən və ya eyni olan orqanizmin istehsal prosesidir. Bu prosesi yerinə yetirməyin bir neçə yolu var. Klonlaşdırma ən çox istifadə edilən üsuldur, lakin genomun redaktəsi və selektiv yetişdirmə kimi də metodlar nəzərdən keçirilir. Oxşar üsullar nəsli kəsilməkdə olan bəzi növlərə onların genetik müxtəlifliyini artırmaq ümidi ilə tətbiq edilir. Texnoloji tərəqqidən tutmuş etik məsələlərə qədər nəsli kəsilmiş növlərin dirçəldilməsi prosesinin öz üstünlükləri və mənfi cəhətləri var.

Növ canlandırma üsulları: Klonlaşdırma, genomun redaktəsi, reproduksiya və digərləri...

Klonlaşdırma nəsli kəsilmiş bir növün potensial bərpası üçün tez-tez təklif olunan üsuldur. Nəsli kəsilmiş növün qorunub saxlanmış hüceyrəsindən nüvəni çıxarmaqla və onun yerinə həmin növün nüvəsi olmayan ən yaxın yaşayan qohumunun yumurtasını qoymaqla əldə edilir. Yumurta daha sonra nəsli kəsilmiş növün ən yaxın yaşayan qohumundan olan ev sahibinə yerləşdirilir. Bu üsul yalnız qorunan hüceyrə mövcud olduqda istifadə edilə bilər, yəni, yaxın zamanda nəsli kəsilmiş növlər üçün daha uyğunudur. Klonlaşdırma 1950-ci illərdən elm adamları tərəfindən geniş şəkildə istifadə olunur. Ən məşhur klonlama nümunələrindən biri Dolli adlı qoyundur. Dolli 1990-cı illərin ortalarında anadan olub. O, ölümünə səbəb olan vaxtından əvvəl qocalmağa bənzəyən sağlamlıq problemləri qəfil başlayana qədər normal yaşayıb. Digər məlum olan klonlaşdırılmış heyvan növlərinə bəzi ev pişikləri, itlər, donuzlar və at cinsləri daxildir.

Genomun redaktəsi üsulunda yaxın qohum növlərin hüceyrələrindən istifadə edilir. Nəticədə, ümumiyyətlə, nəsli kəsilmiş növ deyil, nəsli kəsilmiş növlərin hibridləri geri qaytarıla bilir. Nəsli kəsilmiş orqanizmlərin genomunu yüksək dərəcədə deqradasiyaya uğramış toxumalardan ardıcıllıqla tərtib etmək və toplamaq mümkün olduğundan, bu texnika elm adamlarına nəsli kəsilmiş növlərin daha geniş çeşiddə, o cümlədən yaxşı qorunan qalıqları olmayanlar arasında canlandırılma prosesini həyata keçirməyə imkan verir. Ancaq təəssüf ki, nəsli kəsilmiş növlərdən olan toxuma nə qədər köhnəlmiş olarsa, nəticədə yaranan DNT bir o qədər parçalanmış olar və genom birləşməsini çətinləşdirər.

Reproduksiya, yəni, geri yetişdirmək üsulu heyvandarlıqda növləri inkişaf etdirmək üçün daha çox tətbiq edilir. Bu üsul nəsli kəsilmiş növün xüsusiyyətlərini yenidən yarada bilər, lakin genom orijinal növdən bir qədər fərqli olur.

Elvis taksonu, digər bir adı ilə təkrarlanan təkamül prosesi nəsli kəsilən növün bir müddət sonra fərqli bir növdə meydana çıxmasıdır. Məsələn, Aldabra toyuğu Aldabra adasında yaşayan uça bilməyən quş idi. Keçmişdə uçan ağ boğazlı qarğadan təkamül keçirmiş, lakin dəniz səviyyəsinin qalxması səbəbindən təxminən 136 min il əvvəl nəsli kəsilmişdi. Təxminən 100 min il əvvəl dəniz səviyyəsi aşağı düşdü və Aldabra toyuğu yenidən meydana çıxdı. Ağ boğazlı tağ adanı yenidən kolonizasiya etdi, lakin tezliklə nəsli kəsilmiş növlərlə fiziki cəhətdən eyni olan uça bilməyən quş növünə çevrildi.

2025-ci ilin fenomen canlandırılması - Ulu qurd nümunəsi

Ulu qurd (Aenocyon dirus) təxminən 125 min il əvvəl mövcud olmuş və nəsli tükənmiş yırtıcı növdür. Bu heyvanlar Şimali və Cənubi Amerikada geniş yayılmışdılar. Onlar günümüzün boz qurdlarından daha iri və daha güclü idilər. Əsasən böyük ot yeyən heyvanlarla - mamontlar, mastodonlar, qədim bizonlarla qidalanırdılar.

Əvvəllər bu heyvanların günümüzdəki boz qurdlarla yaxın qohum olduğu zənn edilirdi. Lakin 2021-ci ildə yayımlanan genişmiqyaslı genetik analizlər göstərdi ki, ulu qurdlar təqribən 5 milyon il əvvəl boz qurdlarla genetik olaraq ayrılaraq, tamamilə fərqli bir soy yaradıblar. Onlar, sadəcə, morfoloji baxımdan (xarici görünüşdə) oxşar idilər – bu isə konvergent təkamül adlanan bioloji hadisə ilə izah olunur.

Amerikanın “Colossal Biosciences” şirkəti, nəsli təxminən 13 min il əvvəl tükənmiş Ulu qurdu yenidən həyata qaytarmaq üçün genetik mühəndislik və klonlama texnologiyalarından istifadə edərək tarixi bir uğura imza atıb. Bu, insanlıq tarixində ilk dəfə olaraq tamamilə yox olmuş bir növün yenidən yaradılması nümunəsidir.

Araşdırma şirkəti 13 min illik Ulu qurd dişi və 72 min illik qulaq sümüyü nümunələrindən əldə olunan qədim DNA-nı analiz edərək, boz qurdların genetik kodunu redaktə edib. Bu prosesdə 20-dən çox gen dəyişdirilərək, Ulu qurdun xarakterik xüsusiyyətləri - iri bədən ölçüsü, güclü çənə strukturu və açıq rəngli kürkü yenidən yaradılıb.

Əldə olunan embrioların daşıyıcı anası genetik olaraq yaxın ev itləri seçilib. Nəticədə isə iki erkək, bir dişi cins olmaqla üç sağlam bala - Romulus, Remus və Kalesi dünyaya gəlib. Balaların 2 metrə, 140 kiloya qədər inkişaf edib, böyüyəcəyi düşünülür. Onlar ictimaiyyətə açıqlanmayan təhlükəsiz ərazidə yetişdirilir.

Şirkət gələcək hədəflərinin isə tüklü mamont və Tasmaniya canavarını yenidən canlandırmaq olduğunu açıqlayıb.

Ulu qurdun yenidən canlandırılması bəşəriyyətin elm və texnologiyada nə qədər irəlilədiyinin göstəricisidir. Lakin bu, yalnız texnoloji deyil, həm də məsuliyyətli yanaşma tələb edən prosesdir. Bəzən nəsli tükənmiş növü yenidən həyata qaytarmaq onun orijinal forması ilə eyni olmayacaq. Bəlkə də biz sadəcə bir təqlid, bir “xatirə canlısı” yaratmış olacağıq. Bu isə bizi elmi nailiyyətlərlə yanaşı, fəlsəfi və əxlaqi düşüncələrə də aparır.

Ulu qurd kimi heyvanların yenidən yaradılması bizə təkcə keçmişə qayıtmaq imkanı deyil, eyni zamanda, gələcəyi necə formalaşdıracağımıza dair məsuliyyətimizi də xatırladır. Bu texnologiyalarla hansı sərhədlərin keçilib-keçilməməli olduğunu müəyyənləşdirmək isə gələcək nəsillərin əlindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri