Icma.az
close
up
RU
“Netanyahu 2026 nı Trampın Floridadakı malikanəsində qarşılayıb“ İsrail mətbuatı

“Netanyahu 2026 nı Trampın Floridadakı malikanəsində qarşılayıb“ İsrail mətbuatı

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mar-a-Lagoda dəbdəbəli Yeni il gecəsi..."

ABŞ prezidenti Donald Trampın Floridadakı Mar-a-Lago malikanəsində təşkil etdiyi ənənəvi Yeni il ziyafəti bu dəfə də ölkənin ən varlı və nüfuzlu simalarını bir araya gətirib. 

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Siyasət, dəbdəbə və milyonluq hərrac

Nəşr yazır ki, qonaqlar arasında İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu da yer alıb. Məlumata görə, Netanyahu Trampın dəvəti ilə Yeni ili onun şəxsi malikanəsində qeyd edib. 

Tədbirə gələn qonaqlar arasında Trampın ailəsinin üzvləri, tanınmış iş adamları və məşhurlar, o cümlədən İlon Mask və oğlu da olub. Kişi qonaqların əksəriyyəti kimi Netanyahu da qara smokinq və kəpənək-qalstukla gecəyə qatılıb.

Tramp-Netanyahu dialoqu və fişəng şousu

Ziyafət zamanı Tramp və Netanyahu qısa söhbət edib, daha sonra isə ailələri ilə birlikdə möhtəşəm fişəng şousunu izləyiblər. Məlumata görə, Netanyahu Mar-a-Lagoya gəlişi zamanı Tramp zarafatla onu Yeni il gecəsinə dəvət edəcəyini deyib, bu zarafat sonradan gerçəyə çevrilib.

Gecəyə Trampın həyat yoldaşı Melaniya Tramp da qatılıb. O, mərasim zalına parlaq gümüşü libasda daxil olub və tədbirin diqqət çəkən simalarından biri olub. Qonaqlar zalına giriş qara xalça üzərindən təşkil edilib. Floridada havanın təxminən 15 dərəcəyədək soyuması səbəbindən bir çox qonaqlar kürk geyimdə olub.

Milyonluq tablo və xeyriyyə hərracı

Yeni il gecəsinin ən diqqətçəkən məqamlarından biri Trampın təşkil etdiyi xeyriyyə hərracı olub. Prezident özü "baş hərracçı" rolunda çıxış edərək, İsanın təsvir olunduğu tablonu satışa çıxarıb. Sözügedən tablo gənc rəssam Vanessa Orbuena tərəfindən tədbirdən dərhal əvvəl - cəmi on dəqiqə ərzində qara kətan üzərində canlı şəkildə çəkilib.

Tramp hərracı 100 min dollardan açsa da, iştirakçılardan birinin bir milyon dollarlıq təklifi onu belə təəccübləndirib. Sonda tablo 2,75 milyon dollara satılıb. Tramp sonradan bildirib ki, qalib gələn alıcının Uoll-Stritdə tanınmış iri maliyyə oyunçularından biri olması bu məbləği o qədər də gözlənilməz etməyib.

Siyasi fonu olan dəbdəbəli gecə

Mar-a-Lagodakı Yeni il ziyafəti yalnız dəbdəbəli bir tədbir deyil, eyni zamanda siyasi rəmz daşıyan görüş kimi də diqqət çəkib. Tramp və Netanyahu cütlüyünün Yeni ili birlikdə qarşılaması Vaşinqton-Təl-Əviv xəttində şəxsi münasibətlərin hələ də xüsusi yer tutduğunu göstərən simvolik detal kimi qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Yanvar 2026 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri