Netanyahu ABŞ yə gedir Tarix məlum oldu
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail Baş naziri Binyamin Netanyahu sentyabrın 23-dən 25-dək Nyu-Yorka səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat verib.
Məlumata görə, Netanyahu Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının növbəti sessiyasının tədbirlərində iştirak edəcək.
Qeyd edək ki, bundan əvvəl Nyu-York şəhərinin meri Zöhran Mamdani bildirmişdi ki, Nyu-York Şəhər Hüquq Departamenti sentyabr ayında BMT Baş Assambleyasına səfər edəcəyi təqdirdə Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsinin (BMC) orderi ilə həbs olunması ehtimalını araşdırır. Buna cavab olaraq isə ABŞ Prezidenti Donald Tramp Netanyahunun ABŞ-yə səfərləri zamanı heç kimin onu heç bir şəkildə saxlaya bilməyəcəyini qeyd etmişdi. Mamdani daha sonra şəhərin orderi icra etmək üçün öz qanuni səlahiyyətinin olmadığını etiraf etmişdi.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında Beynəlxalq Cinayət Məhkəməsi (BMC) Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant üçün Qəzza münaqişəsi ilə əlaqədar müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamları ilə həbs qərarı çıxarıb. İsrail və ABŞ isə məhkəmənin yurisdiksiyasını tanımadığını elan edib.
Baxış sayı:78
Bu xəbər 14 Sentyabr 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















