Netanyahu azad edilən hər girov üçün 5 milyon dollar verəcəyini vəd edib
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
İsrail HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.
APA xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.
“Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Biz həmçinin qaçırılan hər bir şəxs üçün 5 milyon dollar mükafat təklif edəcəyik. Seçim sənindir, seç. İstənilən halda, nəticə eyni olacaq: biz bütün girovları geri qaytaracağıq”, - deyə netanyahu bildirib.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Netanyahu azad edilən hər girov üçün 5 milyon dollar verəcəyini vəd edib
19 Noyabr 2024 22:14

