Netanyahu cərrahi əməliyyatdan sonra xəstəxanadan buraxılıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prostat vəzdən cərrahi əməliyyat olunan İsrailin Baş naziri Binyamin Netanyahu əməliyyatdan sonra bərpanı tamamlayaraq xəstəxananı tərk edib.
"Report"un məlumatına görə, bu barədə Binyamin Netanyahunun Dəftərxanası xəbər yayıb.
“Baş nazir Benyamin Netanyahu xəstəxanadan buraxılıb”, - məlumatda deyilir.
Dekabrın 29-da axşam Netanyahunun Dəftərxanası bildirib ki, hökumət başçısı həkimlər onun prostat vəzin xoşxassəli hiperplaziyası olduğunu aşkarladıqdan sonra prostat vəzdən uğurlu cərrahi əməliyyat keçirib. Cərrahi müdaxilə ümumi anesteziya altında aparılıb və fəsadsız keçib. Baş nazirin olmadığı müddətdə onun səlahiyyətləri ədliyyə naziri Yariv Levinə həvalə edilib.
Əməliyyatdan sonra həkimlər Netanyahuya sağalmaq üçün xəstəxanada bir neçə gün qalmağı tövsiyə ediblər, lakin dekabrın 31-də Baş nazir büdcə ilə bağlı qanun layihələrindən biri ilə bağlı Knessetdə (parlament) mühüm səsvermədə iştirak üçün qısa müddətə klinikadan çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 02 Yanvar 2025 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















