Icma.az
close
up
RU
Netanyahu Hacıyev görüşündə saat detalı Tarixi qadağa ləğv oluna bilər

Netanyahu Hacıyev görüşündə saat detalı Tarixi qadağa ləğv oluna bilər

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yerusəlim Post” qəzetində dərc olunan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailə son səfərinə həsr edilmiş məqalə xüsusi diqqət çəkib.  Məqalədə İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Dövlət katibi Marko Rubio ilə strateji dialoqundan 48 saat sonra Hikmət Hacıyevlə bir araya gəldiyi vurğulanır. Bu, Azərbaycanın İbrahim razılaşmalarına potensial daxil olması üçün artan çeviklik kimi dəyərləndirilib. Yazıda həmçinin Azərbaycanın İsrail üçün son 30 ildə ən etibarlı tərəfdaşlardan biri olduğu qeyd edilir. 

Bu yaxınlarda Amerikanın “Atlantic Council” analitik mərkəzi də Vaşinqtonun Təlv-Əvivin Bakı ilə diplomatik və təhlükəsizlik sahəsindəki əməkdaşlığından dərs götürməli olduğunu yazmışdı. Həmçinin Azərbaycanla sıx əlaqələrin ABŞ-ın Bakı ilə yaxşı münasibətləri olan Mərkəzi Asiya ölkələri arasında daha güclü mövqe qazanmasına kömək edə biləcəyi vurğulanır. Vaşinqton və Təl-Əvivin Yaxın Şərq arxitekturası çərçivəsində Azərbaycanın üstünlüklərindən tam yararlanmaq üçün 1992-ci ildən ABŞ-ın Azərbaycana yardımını məhdudlaşdıran 907-ci düzəlişin ləğvinin zəruruliyi bildirilir.

Ekspertlər hesab edir ki, Azərbaycanın İsraillə uzunmüddətli strateji əlaqələri olan ölkə kimi unikal mövqeyi onu İbrahim sazişlərinin Yaxın Şərq, Asiya və Afrikadakı müsəlman ölkələrinə genişləndirilməsi üçün cəlbedici tərəfdaş edir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, həqiqətən də Azərbaycan müsəlman dövlətlər arasında İsraillə ən yüksək səviyyədə əlaqələrə malik tək ölkədir:

“ABŞ uzun illərdir ki, İsrail ilə islam ölkələri arasında vasitəçilik edir. Məqsəd mövcud ədavəti, fikir ayrılıqlarını geridə qoymaq, Təl-Əviv üçün təhlükəsiz region yaratmaqdır.

Azərbaycan variantı həm digər müsəlman ölkələri, həm də Vaşinqton üçün örnək olmalıdır. Rəsmi Bakı İsraillə yaxşı əlaqələrə malik olsa da, ABŞ Bakıya yardımını məhdudlaşdıran 907-ci maddəni ləğv etmir. Bu, çox ciddi problemdir. Özü də erməni lobbisinin istəyi əsasında edilən bir səhvdir”.


Qabil Hüseynli

Politoloq bildirib ki, Vaşinqton üçün Bakı hər zaman etibarlı tərəfdaş olub:

“Xüsusilə Əfqanıstana müdaxilə və sonrakı proseslərdə Bakının mövqeyi unudulmamalıdır. Azərbaycan illərdir NATO-nun sülhməramlı tərəfdaşlıq proqramına üzvdür. Yəni ABŞ ilə hər mənada ortaq maraqlar var.

Qeyd olunan maddənin qalması ABŞ-Azərbaycan münasibətləri baxımından ciddi maneədir.

İsrail ilə əməkdaşlıq fonunda bu maddənin ləğvi mümkündür. ABŞ Prezidenti Donald Tramp hakimiyyəti dövründə Bakı ilə Vaşinqton arasında buzlar əriyə, bu məsələ ətrafında müzakirələr aparıla bilər”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Fevral 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri