Icma.az
close
up
RU
Mahir Emreli haqda yeni şok faktlar! bu yolun sonu uçurumdu, qardaş...

Mahir Emreli haqda yeni şok faktlar! bu yolun sonu uçurumdu, qardaş...

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mahir Emrelinin şərəfini qoruduğu “Kayzerslautern” dünən Almaniyanın 2-ci bundesliqasının 9-cu turu çərçivəsində “Karlsrue”nin qonağı oldu. “Qırmızı iblislər” qələbə qazanacağı təqdirdə mövsümün sonunda 1-ci bundesliqaya vəsiqə qazanan komandalar sırasında olmaq şansını bir qədər də artıracaqdı. Belə də oldu. Öz aramızdı, onların bu uğura nail olmaq şansı az deyil. Çünki Torsten Liberknextin çalışdırdığı futbolçular keyfiyyətinə və fərdi bacarığına görə xeyli rəqibindən seçilir.

Sözümünüz canı odu ki, “qırmızı iblislər”lə zarafat etmək olmaz. Hər halda, “Kayzerslautern” 1-ci bundesliqada top qovmaq xəyalı quran futbolçular üçün ideal seçimlərdən biridi. Belədə Mahirdən nə tələb edə bilərik? Cavab sadədi: start heyətində yer almaq, özünü yaxşı tərəfdən göstərmək və ən pis halda mövsümün sonunda əsas liqada çıxış edən klubların maraq dairəsinə düşmək, Bəs o nə işlə məşğuldu? Çörəyinə təpik atmaqla!
Dəstək şüarlarından ana söyüşünə...
“Futbol+”in səhifələri Mahirin karyerasını ilk pillələrindən bu günə qədər işıqlandırıb desək, yanılmarıq. Odu ki, oxucular Emrelinin hələ hansısa komandada sabit çıxışla yadda qala bilmədiyini, legioner həyatında şərəfini qoruduğu, demək olar ki, bütün komandalarda qalmaqalların mərkəzində yer aldığını yaxşı bilir. Bu üzdən onun digər ciddi səhvləri haqda danışmaq əvəzinə məhz “Kayzerslautern”dəki durumuna köklənmək lazımdı. Axı o, bu yaxınlarda, daha doğrusu, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşada Ukrayna ilə keçirilən oyundan sonra verdiyi açıqlamalarla gündəmi silkələdi:

“Kayzerslautern”in direktoru və idman direktoru mən ora qayıdandan sonra iclas keçirəcəklərinə söz verdilər. Məşqçilər korpusunun bəyənmədiyim hərəkətləri oldu. Sizdən xahiş edirəm ki, onların yazdıqlarına inanmayın, mənim kiminləsə aramda pis nəsə olub və ya başqa bir şey olub... Hamısı yalandı. Həyatımda ilk dəfədi ki, belə bir şey etməmişəm (gülür). Buna arxayın olun. Mən qayıdacam, görək nə deyəcəklər. Vaxtı gələndə Almaniyanın futbol mentallığına yaraşmayan hər şeyi sizə danışacam”.

Göründüyü kimi, Mahir “böyük beşlik” ölkəsinin nəinki futbolu, mediası haqda da xoşagəlməz fikirlər səsləndirib. Təbii ki, bu davranışın adı yalnız öz quyusunu qazmaq ola bilər. Onun bu iddianın altından “sağ” çıxıb-çıxmayacağı bəlli deyil. Hər halda, buna zaman aydınlıq gətirəcək. Almaniyada Emrelinin bu fikirləri səsləndirdiyindən xəbərdar olan şəxslər var. Sözsüz, hər şey əvvəl-axır baş məşqçinin, ən əsası, klub rəhbərliyinin qulağına çatacaq. Və təəssüf ki, məsələdən xəbərdar olan almaniyalı futbolsevərlər artıq Mahiri tənqid etməyə, hətta söyməyə başlayıb. Bəziləri isə həddi daha da aşaraq ana söyüşünə əl atıb. Halbuki bir neçə gün əvvələ qədər ona şans verilmədiyinə görə məşqçilər korpusundan narazılıq edən “n” qədər azarkeş var idi...
Güzgüyə bax və ya papağını qabağına qoy...
...düşün! O qədər düşün ki, harda səhv etdiyini anlayasan, Mahir! Bəli, əziz oxucu, sizə də elə gəlmir ki, Emrelinin uzun-uzadı düşünməyə ehtiyacı var? Axı o, “Nürnberq”də çıxış edəndə də eyni hadisələrə şahidlik etdik. Haqqında yazılan xoşagəlməz xəbərlər, komandadaxili nizam-intizamı pozduğu, baş məşqçisi Miroslav Kloze ilə münasibətlərinin korlandığı haqda iddialar və daha nələr-nələr... Bu dəfə məsələlər əndazəni aşıb, Mahir Almaniyanın futbol mentallığını hədəfə alıb.
Təsəvvür edirsizmi, hələ heç nəyə nail olmayan həmvətənimiz dörd dəfə dünya, üç dəfə Avropa çempionu olan bir ölkənin futbolunu bəyənmir, hansısa mental eybəcərliklərindən danışır.
Siz Allah, nəinki “Kayzerslautern”in onunla yola davam edəcəyini, hansısa Almaniya klubunun ona təklif göndərəcəyini düşünürsüzmü? Hələ onu demirik ki, Almaniya kimi ölkənin futbolu haqda belə iddialar səsləndirən oyunçuyla başqa ölkələrdən maraq olacaqmı?
Vaqif Heydərli “zaman göstərəcək” deyir...
Yuxarıdakı sualları özümüzün yox, təcrübəli menecerin cavablamasına üstünlük verdik. Vaqif Heydərlini dinləyək:

“Hər şeyi zaman göstərəcək. Çünki biz komanda daxilində hansı hadisələrin yaşandığından xəbərdar deyilik. Bu barədə nə baş məşqçi nəsə deyib, nə də futbolçu... O bəllidi ki, bu gün münasibətlər yaxşı deyil. Ancaq gələcəkdə fərqli ola, məşqçi və rəhbərlik dəyişikliyi baş verə bilər. Futbolda belə hadisələr dəfələrlə baş verib. Belə hallarda futbolçu ya icarəyə göndərilir, ya da onunla ortaq məxrəcə gələndən sonra müqaviləsinə xitam verilir. Hər halda, klub oynatmadığı oyunçuya məvacib ödəməkdə maraqlı olmur, futbolçu isə şans qazanmadığı komandada qalmaqda...”

Sonda “Kayzerslautern”in bu yay Mahirlə 3 illik müqavilə imzaladığını xatırladaq. Təsadüfi deyil ki, bəzi almaniyalı azarkeşlər onun klubdan təzminat qoparmaq üçün bu cür hadisələrlə gündəmə gəlməyə çalışdığını bildirir. Hər halda, biz həmvətənimizdən belə davranış gözləmirik və arzumuz problemlərin geridə qalması, Mahirin yenidən start heyətində görünərək qollar vurmasıdı. Lap elə bugündən...
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri