Icma.az
close
up
RU
“Təqaüdü görmədən dünyadan köçənlər çoxdur” Orta ömür və pensiya paradoksu

“Təqaüdü görmədən dünyadan köçənlər çoxdur” Orta ömür və pensiya paradoksu

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkələrdə orta ömür uzunluğunun artmasının gələcəkdə pensiya yaşının artırılmasına səbəb olacağı ilə bağlı iddialar yayılıb. Qeyd edək ki, bu günlərdə Maliyyə Nazirliyi tərəfindən hazırlanan "2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi"ndə qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil etmiş və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən 2050-ci ildə 78,6 il olacağı gözlənilir.

Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklif müzakirə olunmur.

Bəs necə düşünürsüz, orta ömür uzunluğunun artması ilə pensiya yaşı da artırıla bilərmi?

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Musavat.com-a danışıb:

"Orta ömür uzunluği ilə pensiya yaşı mütənasib olmalıdırmı və ya olmamalıdırmı? Bu həm iqtisadi, həm də sosioloji yönləri olan bir məsələdir. Orta ömür uzunluğu artdıqca, pensiya yaşı da qismən artırıla bilər. Lakin pensiya yaşını müəyyən etmək üçün, orta ömür uzunluğunun tək meyar olaraq götürülməsi doğru deyil. Çünki, sağlam ömür müddəti, ümumilikdə orta ömür uzunluğundan 8-10 il qısadır. Yəni, insanlar 80 yaşa qədər yaşaya bilərlər, lakin 70 yaşdan sonra ciddi sağlamlıq problemləri başlaya bilir. Həmçinin də, peşələrin fərqli amortizasiya dərəcələri var. Məsələn, mədən işçisi ilə ofis işçisi eyni yaşda təqaüdə çıxa bilməzlər. Məhsuldarlıq yaşı da vacibdir, məsələn, 60 yaşdan sonra bir çox peşələrdə məhsuldar işləmək mümkün deyil".

Vüsalə Əhmədova qeyd edir ki, bu səbəbdən “orta ömür uzunluğu artıbsa, pensiya yaşı da artırılmalıdır” kimi yanaşma kökdən yanlışdır:

"Bəs balanslaşdırılmış yanaşma necə olmalıdır? Ümumi götürsək, təqaüddə keçirilən illər, orta ömür uzunluğunun 25%-dən az ola bilməz. Məsələn, əgər bir ölkədə orta ömür uzunluğu 80 il isə, pensiya müddəti 20 ildən az olmamalıdır (80-nin 25%-i). Bu halda, təqribən 60 pensiya yaşı məqbul sayıla bilər. Əgər, orta ömür uzunluğu 75 ildirsə, pensiya müddəti 18 il olacaq, yəni, pensiya yaşı 57 olaraq hesablanacaq. Bu nisbət həm iqtisadi dayanıqlığı qoruyur, həm də fərdlərə sağlam pensiya müddəti təmin edir.

Gəlin Azərbaycana baxaq, hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə bu ilin iyul ayından etibarən 64 yaş 6 ay olaraq müəyyən edilib. Bunlar Azərbaycan üçün ideal pensiya yaşı hesab oluna bilərmi? Birmənalı olaraq xeyr. Ölkəmizdə orta ömür uzunluğu 74,6 ildir, kişilərdə gözlənilən orta ömür uzunluğu 71,6, qadınlarda isə 76-dır. Eyni nisbətlə hesablasaq, təqaüddə keçirilən illər kişilər üçün 17,9 il, qadınlar üçün 19 ildən az olmamalıdır. Belə olan halda, pensiya yaşı kişilər üçün 53,7, qadınlar üçün isə 57 olmalıdır. Sistemin yükünü bir qədər azaltsaq, ortalama 15 illik təqaüd müddəti daha balanslı olar deyə düşünürəm. Belə olan halda da, qadınlar üçün 60, kişilər üçün isə 57 pensiya yaşı ideal sayıla bilər. Hazırda ölkəmizdə hesablanan pensiya müddəti qadınlar üçün 11,4 il, kişilər üçün isə cəmi 6,6 ildir. İstər AB ölkələrində, istərsə də Türkiyədə ortalama təqaüd müddəti 18-20 il hesablandığı halda, Azərbaycanda təqaüd müddətinin bu qədər qısa götürülməsinin məntiqi əsası nədir deyə, soruşmaq istəyirəm səlahiyyətli şəxslərdən".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri