Icma.az
close
up
RU
Azərbaycan Qazaxıstan Orta Dəhlizin sabit fəaliyyəti üçün həlledici faktordur

Azərbaycan Qazaxıstan Orta Dəhlizin sabit fəaliyyəti üçün həlledici faktordur

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr bu gün qardaşlıq, etimad və dərin strateji tərəfdaşlıq əsasında inkişaf edir. Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibə bu münasibətlərin çoxşaxəli xarakterini, iki ölkə arasında formalaşmış etibarlı əməkdaşlıq modelini bir daha aydın şəkildə nümayiş etdirir. Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı hörmətə və bir-birinin suverenliyinə sadiqlik üzərində qurulmuş əlaqələr bu gün Türk dünyasında ən sabit və nümunəvi müttəfiqlik formatlarından biri hesab oluna bilər."

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasındakı dostluğun təməlində ortaq türk kimliyi, oxşar mədəni və mənəvi dəyərlər dayanır:

"Son illərdə bu mənəvi yaxınlıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış və bu il 20 illiyi qeyd edilən “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” hər iki dövlətin siyasi əlaqələrinin hüquqi bazasını formalaşdırmaqla yanaşı, onların qarşılıqlı maraqlara söykənən yeni inteqrasiya mərhələsinə keçidini təmin edib.

Bu gün iki ölkə arasında qurulan Ali Dövlətlərarası Şura münasibətlərin institusional səviyyədə dərinləşdirilməsinə xidmət edir. İlk iclasın Bakıda, ikinci iclasın isə Astanada keçirilməsi diplomatik dialoqun dinamikliyindən xəbər verir. Bu Şura dövlət başçıları səviyyəsində qərarların operativ razılaşdırılmasına, iqtisadi və siyasi gündəlikdə duran məsələlərin çevik həllinə imkan yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu mexanizm qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərini müəyyənləşdirmək və iki ölkə əlaqələrini yeni mərhələyə çıxarmaq baxımından xüsusi əhəmiyyət daşıyır."

Azər Kərimli vurğulayıb ki, Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli formatda deyil, həm də çoxtərəfli çərçivələrdə – xüsusən BMT, Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi kimi beynəlxalq platformalarda da bir-birini dəstəkləyir:

"Bu dəstək, xüsusən Türk Dövlətləri Təşkilatı daxilində, yeni bir siyasi və mənəvi güc mərkəzinin formalaşmasına şərait yaradır. 2009-cu ildə Naxçıvanda əsası qoyulan bu təşkilat bu gün türk xalqlarının inteqrasiyasının aparıcı platformasına çevrilib. Şuşa və Qəbələdə keçirilmiş Zirvə görüşləri Türk birliyinin strateji mahiyyətini daha da gücləndirib.

Azərbaycan və Qazaxıstan arasında münasibətlərin bu səviyyəyə çatmasında dövlət başçılarının şəxsi dostluğu, siyasi iradəsi və mütəmadi təmasları əsas həlledici amillərdəndir. Prezident İlham Əliyevin son üç ildə Qazaxıstana yeddinci səfəri, Prezident Kasım-Jomart Tokayevin isə altı dəfə Azərbaycana səfər etməsi bu qarşılıqlı dinamikanın göstəricisidir. Hər iki liderin siyasətində nəzərə çarpan ortaq cəhət – müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və türk dünyasının gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət – əlaqələrin təbii əsasını təşkil edir."

Millət vəkilinin sözlərinə görə bu strateji müttəfiqlik yalnız dövlətlərarası əməkdaşlıq çərçivəsində deyil, həm də qlobal miqyasda regional təhlükəsizlik və inkişaf baxımından mühüm rol oynayır:

"Xəzər hövzəsində və Orta Asiya regionunda baş verən geosiyasi proseslər fonunda Azərbaycan–Qazaxıstan tandemi regional sabitliyin təminatçısı kimi çıxış edir. Bu baxımdan iki ölkə arasında siyasi koordinasiyanın güclənməsi həm enerji təhlükəsizliyi, həm də Orta Dəhlizin sabit fəaliyyəti üçün həlledici faktordur.

İşğaldan azad edilmiş ərazilərdə, xüsusən Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilmiş Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi bu əməkdaşlığın humanitar ölçüsünü təcəssüm etdirir. Bu təşəbbüs təkcə bir mədəni layihə deyil, həm də türk həmrəyliyinin canlı nümunəsidir. Beləliklə, Azərbaycan–Qazaxıstan münasibətləri təkcə strateji deyil, eyni zamanda mənəvi müttəfiqliyin ifadəsidir. Birliyə, qarşılıqlı hörmətə və ortaq gələcəyə yönəlmiş çoxşaxəli tərəfdaşlıq modeli kimi formalaşmaqdadır."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Oktyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri