Netanyahu: İsrail “Hizbullah”ın yenidən silahlanmasına imkan verməyəcək
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail, Livanda şiə təşkilatı “Hizbullah”ın yenidən silahlanmağa çalışdığını hesab edir.
APA xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu hökumətin həftəlik iclasında bildirib.
O vurğulayıb ki, İsrail “özünümüdafiə hüququndan istifadə edəcək” və Livan tərəfindən yeni təhlükələrin yaranmasına imkan verməyəcək.
“Biz gözləyirik ki, Livan hökuməti vədlərinə əməl edib “Hizbullah”ı tərksilah etsin. Lakin əlbəttə ki, biz atəşkəs şərtlərinə uyğun olaraq özünümüdafiə hüququmuzdan istifadə edəcəyik. Livanın bizə qarşı yeni cəbhəyə çevrilməsinə imkan verməyəcəyik və lazım olduğu halda hərəkət edəcəyik”, — deyə Netanyahu bildirib.
Qeyd edək ki, bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats Livan hakimiyyətindən “Hizbullah”ın tərksilah edilməsini və cənub bölgələrindən çıxarılmasını sürətləndirməyi tələb etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 Noyabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















