Netanyahu: İsrail Qəzza üzrə Sülh Şurasının planını rədd edir
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail Sülh Şurası tərəfindən Qəzzada nizamlanma üzrə təklif olunan 15 bəndlik planın şərtlərini rədd edir.
AZXEBER.COM "Ynet"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında bildirib.
Qeyd edək ki, sənəd İsrail və HƏMAS arasındakı razılaşmaya dair yol xəritəsi çərçivəsində dərc edilib. Sənədə əsasən, təşkilat tamamilə tərk-silah olunmalıdır.
"İsrailin Müdafiə Qüvvələri (İMQ) HƏMAS tərk-silah edilməyənə qədər qoşunlarını geri çəkməyəcək, mən tərk-silah dedikdə bütün silahları nəzərdə tuturam. Biz saxta yox, real silahsızlaşdırmadan danışırıq. Bu məsələni amerikalılarla müzakirə edirik, onların ideyaları var, bəzi planlar bizim üçün məqbuldur, bir qismi isə yox", - Netanyahu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 09 Avqust 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















