Netanyahu Qəzza üzrə Sülh Şurasının rəhbərini qəbul ETDİ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki ofisində Qəzza üzrə Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenovu qəbul edib.
Redaktor.az xəbər verir ki, tərəflər regiondakı mövcud vəziyyəti və sülh planının icrasını müzakirə ediblər.
Görüşdən sonra Netanyahu hər hansı bəyanat verməsə də, Nikolay Mladenov "X" sosial şəbəkəsindəki hesabında müzakirələri "müsbət və məzmunlu" kimi qiymətləndirib. Mladenov qeyd edib ki, bütün tərəflər ABŞ Prezidenti Donald Trampın 20 bənddən ibarət hərtərəfli planının tam icrasına sadiqliklərini bir daha təsdiqləyiblər:
"Öhdəlikləri konkret hərəkətlərə çevirmək üçün bütün tərəflərlə iş aparılır. Tərəqqi əldə etmək üçün qərarlar tələb olunacaq. Biz həm israillilər, həm də fələstinlilər üçün daha yaxşı gələcək naminə irəliləməyə davam edirik" — deyə Mladenov bildirib.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 05 May 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















