Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin xarici siyasətdə hazırkı əsas məqsədinin İranda hakimiyyət dəyişikliyinə nail olmaq olduğunu bildirib.
APA xəbər verir ki, Netanyahunun sözlərini İsrail Baş nazirinin ofisi yayıb.
“Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq imkanımıza əminəm. Yəni bu rejimi devirmək. Bu, qarşımızda qalan əsas məqsəddir, lakin ona nail olmaq artıq yaxındır. Bu, qeyri-mümkün deyil. Tamamilə əlçatandır”, – deyə Netanyahu bildirib.
İsrailin Baş naziri İranın hazırda “heç vaxt olmadığı qədər zəif” olduğunu və “mövcudluğunu qorumaq uğrunda mübarizə apardığını” iddia edib.
Netanyahu İsrailin rəqiblərinə də müraciət edərək ölkəsinin hərbi gücə, qətiyyətə və daxili birliyə malik olduğunu vurğulayıb.
“Düşmənlərimizə deyirəm: bizimlə qarşıdurmaya girməyin. Əgər nəyisə öyrənmisinizsə, bu da bizimlə qarşıdurmaya girməməyin lazım olduğudur. Sizi məğlub etmək üçün gücümüz, qətiyyətimiz və daxili birliyimiz var”, – deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 03 Sentyabr 2026 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















