Netanyahu Tramp ilə görüşünü “ən yaxşı görüşlərdən biri” adlandırdı
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Netanyahu sosial şəbəkələrdə yayımladığı videomüraciətdə bildirib.
“Əla görüş oldu. Bu, sadəcə söz deyil. Qarşılıqlı dəstəyə və ümumi məqsədlərin anlaşılmasına əsaslanan açıq müzakirə apardıq. Bu məqsədlər arasında İranın nüvə silahına sahib olmamasının təmin edilməsi də var. Bu, Prezident Trampla keçirdiyim ən yaxşı görüşlərdən biri idi”, – deyə vurğulayıb.
Onu da bildirib ki, danışıqlarda Trampın bütün komandası iştirak edib və tərəflər İsrailin təhlükəsizliyi və gələcəyi üçün mühüm addımların əlaqələndirilməsi, eləcə də müxtəlif ideyaların müzakirəsi imkanı əldə ediblər.
Daha əvvəl yüksək səviyyəli mənbə mətbuata bildirib ki, iki liderin görüşü “çox müsbət” keçib və Netanyahu ilə Tramp arasında “əla anlaşma” olub. Mənbənin sözlərinə görə, tərəflər əsas məqsədlərinin İranın heç bir halda nüvə silahına malik olmamasını təmin etmək olduğunu təsdiqləyiblər.
İsrail Baş nazirinin dəftərxanasının yaydığı görüntülərə əsasən, görüşdə ABŞ tərəfdən vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff da iştirak edib.
Görüş təxminən 1,5 saat davam edib.
Bizimyol.info
Baxış sayı:144
Bu xəbər 29 İyul 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















