Icma.az
close
up
RU
Netanyahu vasitəsilə Rusiyanın maraqları qorunmuş ola bilər

Netanyahu vasitəsilə Rusiyanın maraqları qorunmuş ola bilər

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“NATO-nun Ankarada keçirilən zirvə görüşündə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Ukrayna ilə bağlı vahid mövqedən çıxış etdilər. Hətta ABŞ Prezidenti Donald Tramp Ukraynada “Patriot” hava hücumundan müdafiə raket sistemlərinin istehsalı üçün lisenziya veriləcəyini qeyd etdi. O, eyni zamanda Ukraynaya yeni raketlərin veriləcəyini və Rusiyaya qarşı sərt sanksiyaların tətbiq olunacağını da vurğuladı.

Lakin sonrakı proseslər fərqli mənzərə ortaya qoydu. ABŞ Konqresində Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan qətnamənin qəbuluna Donald Tramp mane oldu və bildirdi ki, həmin sənəddə İranla bağlı müddəalar da yer almalıdır. Bununla da Rusiyaya qarşı sərt qətnamənin qəbuluna imkan verilmədi”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Zelenskinin ABŞ səfərindən sonra Donald Tramp bir daha bəyan etdi ki, Ukraynaya yeni silahlar veriləcək. Ancaq diqqət yetirsək, Benyamin Netanyahunun ötən həftə ABŞ səfərindən sonra Konqresdə Rusiyaya qarşı sərt sanksiyalar məsələsində vəziyyət dəyişdi. Həmçinin Donald Tramp “Patriot” raket sistemlərinin Ukraynada istehsalı üçün lisenziya verilməyəcəyini elan etdi.

Bu onu göstərir ki, Benyamin Netanyahunun bu məsələdə müəyyən təsiri olub. Burada yəhudi lobbisinin də rolu ola bilər. Hətta Benyamin Netanyahunun Putin ətrafında olan şəxslərə qarşı sanksiyaların qarşısının alınmasında rolu olub. Bu baxımdan, Rusiyanın yəhudi lobbisi ilə sıx işlədiyi və Benyamin Netanyahu vasitəsilə Ukraynada “Patriot” sistemlərinin istehsalına dair lisenziyanın verilməsinin, eləcə də Konqresdə Rusiyaya qarşı sərt qətnamənin qəbulunun qarşısını alması istisna deyil.

Bundan əlavə, ABŞ dövlət katibi Mark Rubio bəyan edib ki, Vaşinqton Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu oynaya bilər. Bu vasitəçilik isə Rusiyanın maraqlarına uyğun bir prosesdir.

Bu onu göstərir ki, Rusiya yəhudi lobbisinin təsiri vasitəsilə özünə qarşı sərt sanksiyaların Konqresdən keçməsinin qarşısını almağa, Ukraynada “Patriot” sistemlərinin istehsalına dair lisenziyanın verilməsini əngəlləməyə, həmçinin ABŞ ilə Avropa arasında Ukrayna məsələsində formalaşmış vahid mövqedə müəyyən fikir ayrılıqları yaradır. Bu isə, Moskvanın Ukrayna ilə bağlı siyasi maraqlarına uyğundur”.

İlhamə

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Avqust 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri