Netanyahudan inanılmaz istək: Tramp İranla bağlı xahişi qəbul etdi
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu və bir sıra ərəb ölkələrinin nümayəndələri ABŞ Prezidenti Donald Trampdan İrana qarşı hərbi əməliyyatlardan çəkinməsini xahiş ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, Tramp ilə Netanyahu arasında telefon danışığı yanvarın 14-də baş tutub. İsrailin Baş naziri ABŞ-ın İrana qarşı mümkün hərbi hücum planlarının təxirə salınmasını istəyib. Eyni zamanda, ABŞ-ın regional tərəfdaşları da oxşar mövqedən çıxış edərək hərbi ssenarinin riskli nəticələrə səbəb ola biləcəyini bildiriblər.
Ərəb ölkələrinin nümayəndələri isə yanvarın 14–15-də ABŞ Prezidenti ilə əlaqə saxlayaraq Vaşinqtonu İrana hərbi zərbə endirməməyə çağırıblar. Bildirilir ki, bu ölkələr Tramp administrasiyasına bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 16 Yanvar 2026 01:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















