Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35 ci Ali Səviyyəli Toplantısı işinə başlayıb
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı BMT-nin Cenevrə Ofisi ilə tərəfdaşlıq çərçivəsində İsveçrənin Cenevrə şəhərində öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, toplantı “Çoxqütblü parçalanmalar və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr olunub.
Yüksək səviyyəli beynəlxalq platforma çərçivəsində qlobal idarəetmənin gələcəyi, çoxtərəfli institutların dəyişən dünya nizamına uyğunlaşdırılması, iqlim böhranı və dayanıqlı inkişaf, süni intellekt və texnoloji transformasiya, sülh və təhlükəsizlik, humanitar çağırışlar, miqrasiya və qlobal səhiyyə, inklüziv iqtisadiyyatlar, qadınların liderlikdə rolu, həmçinin qlobal mənzil və şəhərsalma problemləri ilə bağlı geniş və əhatəli müzakirələr aparılır.
Eyni zamanda, müzakirələr zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumunun hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib. Bununla yanaşı, 17–22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı məsələlər də müzakirə olunub.
Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksək səviyyəli beynəlxalq iştirakçı – sabiq dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ekspertlər iştirak edirlər.
Açılış mərasimində BMT-nin Cenevrə Ofisinin Baş direktoru Tatyana Valovaya, Ümumdünya Ticarət Təşkilatının Baş direktoru Ngozi Okonjo-İveala, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspan, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax, Ərəb Liqasının sabiq Baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, eləcə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev iştirak ediblər.
Bununla yanaşı, açılış mərasimi çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqanın xüsusi müraciəti səsləndirilib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrə Ofisi arasında mövcud institusional əməkdaşlıq çərçivəsində hər il keçirilən bu ali səviyyəli toplantılar qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 16 Yanvar 2026 02:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















