Netanyahudan Türkiyəyə: Buna razı olmayacağıq!
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin Baş naziri Binyamin Netanyahu Suriyaya yönəlik hərbi əməliyyatlarla bağlı açıqlama verərək, Türkiyənin Suriyanın cənubunda hərbi mövcudluğunu genişləndirməsinə qarşı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Netanyahu Suriyadakı hücumları “təhlükəsizlik zonası” yaratmaq zərurəti ilə əsaslandırıb. O, Suriyanın şimalında Türkiyənin yerləşdiyini xatırladaraq, “Türkiyənin cənuba doğru irəliləməsini istəmirəm” deyib.
İsrail Baş naziri Ankara və Dəməşqə müxtəlif kanallar vasitəsilə mesajlar göndərdiyini də iddia edib. Onun sözlərinə görə, ABŞ və digər vasitəçilər üzərindən, həmçinin birbaşa Suriyaya Türkiyənin ölkədə hərbi mövcudluq yaratmasına İsrailin razı olmayacağı bildirilib.
Netanyahu qeyd edib ki, bu mesajların nəzərə alınmadığını düşündükləri üçün İsrail məsələni hərbi müdaxilə yolu ilə göstərmək məcburiyyətində qalıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 Avqust 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















