Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Netanyahunun ABŞ səfəri: Qəzza ilə bağlı yeni diplomatik yanaşmalar formalaşır?

Netanyahunun ABŞ səfəri: Qəzza ilə bağlı yeni diplomatik yanaşmalar formalaşır?

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri zamanı verdiyi bəyanatlar regionda diqqət mərkəzinə çevrildi. O, İsrailin öz gələcəyini təmin edəcəyini və bölgəyə sülh gətirəcəyini vurğulamaqla yanaşı, Qəzzada baş verənləri bitirməyin vacibliyini müdafiə edib. Ancaq Netanyahunun bu mövqeyi həm beynəlxalq ictimaiyyət, həm də bölgədəki digər aktorlar tərəfindən fərqli şəkildə dəyərləndirilir.​​​​​​​ 

İsrailin Qəzza məsələsi ilə bağlı münasibəti hansı istiqamətdə irəliləyəcək? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycanın keçmiş xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov bildirib ki, hazırda İsrailin Qəzza ilə bağlı apardığı siyasətdə iki əsas məqsəd var: 

"Bunlardan birincisi, Qəzzada yaşayan əhalinin köçürdülməsi və ya onların sayının hər hansı yolla azaldılmasıdır. Bu da onların əsas məqsədlərini bəlli edir. Qəzzada yaşayan əhalinin köçürülməsi məsələsi, əsasən, İsrailin və bəzi beynəlxalq qüvvələrin regiondakı yerli əhalinin sayını və yerləşdiyi əraziləri dəyişdirmə cəhdlərindən qaynaqlanır. Bu addımlar, həmçinin, bölgədəki siyasi vəziyyəti idarə etmək və demoqrafik üstünlük əldə etmək məqsədini güdür. Əhalinin köçürülməsi  beynəlxalq hüquqa və insan haqlarına qarşı çıxan hərəkət olaraq qiymətləndirilir. İnsanların öz torpaqlarından zorla uzaqlaşdırılması və məcburi köçürülməsi bir çox humanitar fəlakətlərə və uzun müddətli gərginliyə yol açır".

Diplomatın fikrincə, ikinci məqsəd İranla müharibədə nüvəni təmin edən obyetklərin dağıdılmasıdır. Müsahibimizin sözlərinə görə, bu məsələ ABŞ-də baş tutan görüşdə geniş müzakirə edilib. Həmsöhbətimiz bildirib ki, bu məqsədin həyata keçirilməsi, həmçinin, bölgədəki siyasi və təhlükəsizlik vəziyyətini dəyişdirmək üçün bir vasitədir:

"ABŞ-dəki görüşdə bu məsələnin geniş müzakirə edilməsi tərəflərin yalnız İranın nüvə proqramı ilə bağlı ciddi narahatlıqlarını ifadə etmələrini deyil, həm də bu narahatlıqların qarşısını almaq üçün uyğun və müvafiq strateji addımların atılmasını planlaşdırdıqlarını göstərir. Bu müzakirələr yalnız İranla birbaşa hərbi münaqişənin nəzərdə tutulduğu bir vəziyyət yaratmamalıdır. Əksinə, bu cür əməliyyatlar, daha geniş və kompleks bir diplomatik və hərbi strateji planın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Həmin əməliyyatlar, həmçinin, yalnız İranın nüvə obyektlərinə yönələn hücumlarla məhdudlaşmadan daha geniş geosiyasi məqsədlərə xidmət edə bilər, çünki belə hərbi müdaxilə bölgədəki güc balansını dəyişdirə bilər".

Tofiq Zülfüqarov: ABŞ-nin qəzzalılara tətbiq edəcəyi köçürmə siyasətinin müvəqqətiliyi sual altındadır

Son olaraq T.Zülfüqarov bildirib ki, köçürmə siyasətində maraqlı olan tərəflərdən biri də məhz ABŞ-dir: 

"Birləşmiş Ştatlar qəzzalıları İordaniya, Misirə köçürməyi nəzərdə tutur. Onların Qəzza bölgəsindəki əhalini İordaniya və Misirə köçürmək planı strateji və humanitar məqsədlərlə bağlı müxtəlif düşüncələrə və müzakirələrə səbəb olmuş  məsələdir. Bu addım Qəzza bölgəsindəki güclü siyasi və humanitar böhranı idarə etmək və ya həll etmək üçün bir cəhd hesab edilməlidir. Bu məsələnin beynəlxalq səviyyədə müzakirə edilməsi həm də insan haqları və beynəlxalq hüquqla bağlı sualları ortaya çıxarır. Köçürmənin məcburiyyət olmadan, təhlükəsiz şəraitdə baş verməsi üçün ciddi diplomatik təşəbbüslərə və müvafiq müzakirələrə ehtiyac var. Bu siyasətin müvəqqəti olub-olmayacağı da sual altındadır".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri