Icma.az
close
up
RU
Netanyahunun Azərbaycana səfəri: Yeni diplomatik imkanlar GÖZLƏNTİLƏR

Netanyahunun Azərbaycana səfəri: Yeni diplomatik imkanlar GÖZLƏNTİLƏR

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana mümkün səfəri medianın gündəmini zəbt etməkdədir. Belə bir görüşün reallaşması, təkcə Azərbaycan–İsrail münasibətləri baxımından deyil, həm də Yaxın Şərqdə baş verən mürəkkəb proseslər fonunda böyük geosiyasi əhəmiyyət daşıyır.

Azərbaycan və İsrail arasında mövcud olan hərtərəfli əməkdaşlıq, xüsusilə enerji, müdafiə sənayesi və təhlükəsizlik sahələrində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu kontekstdə mümkün səfər, ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə yanaşı, regional balansın formalaşmasında Azərbaycanın rolunu daha da gücləndirə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən israilli politoloq, jurnalist İqor Roytapel bildirib ki, Azərbaycan və İsrail arasında münasibətlər hazırda öz zirvə nöqtəsindədir. İsrail neft ehtiyatlarının 40 faizini Azərbaycandan alır, Azərbaycan isə silahlanma sahəsində İsrailin mühüm tərəfdaşıdır. Bu əlaqələr çoxşaxəli və qarşılıqlı faydaya əsaslanır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu münasibətlər “aysberqin görünən zirvəsi”ni xatırladır və dərin strateji əməkdaşlıqla müşayiət olunur:

"Yaxın Şərqdə baş verən son proseslər fonunda, əgər belə bir səfər gerçəkləşərsə, onun əsas gündəm mövzuları sırasında Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması və İranla bağlı məsələlərin olacağı ehtimal edilir. Azərbaycan bu məsələdə körpü rolu oynaya bilər. Azərbaycan həm Türkiyə, həm də İsrail ilə dərin münasibətlərə malikdir. Azərbaycan artıq bölgədə Türkiyə ilə İsrail arasında dialoqun qurulmasında mühüm vasitəçi kimi çıxış edir".

İqor Roytapel: Görüşdə diqqət Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına yönələcək

Müsahibimiz bildirib ki, Azərbaycanın geosiyasi mövqeyi və balanslı diplomatik xətti ölkəmizə Yaxın Şərqdəki gərginliklərin həllində qlobal oyunçu kimi çıxış etməyə imkan verir. Bu baxımdan, Benyamin Netanyahunun Bakıya səfəri təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edə bilər:

"Bu kontekstdə diqqət, əsasən, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına yönələcək. Azərbaycan bu prosesdə “ağıllı düşünən qardaş” obrazında çıxış edərək regionda sülh və sabitliyə töhfə verə bilər".

Nəticə olaraq onu demək olar ki, Ben­yamin Netanyahunun Azərbaycana gözlənilən səfəri təkcə iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyması ilə deyil, həm də regionda sülh və sabitlik üçün yeni imkanların yaranması baxımından mühüm hadisə ola bilər. Bu səfər Azərbaycanı təkcə enerji və müdafiə sahəsində deyil, diplomatik platformalarda da əsas oyunçulardan birinə çevirə bilər. Xüsusilə Türkiyə–İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın vasitəçi rolu və İranla bağlı təhlükəsizlik məsələlərinin müzakirəsi, Bakı görüşünün regional əhəmiyyətini daha da artırır. Beləliklə, bu səfər yalnız iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi ilə kifayətlənməyəcək, həm də Yaxın Şərqdə yeni geosiyasi balansların formalaşmasına töhfə verəcək.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri