Icma.az
close
up
RU
Netanyahunun İrana tələsik hücumunun pərdəarxasında ABŞ İran danışıqlarının pozulması dayanır

Netanyahunun İrana tələsik hücumunun pərdəarxasında ABŞ İran danışıqlarının pozulması dayanır

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İsrail-İran müharibəsi fonunda ABŞ növbəti dəfə öz vətəndaşlarına İranı dərhal tərk etmələri ilə bağlı xəbərdarlıq edib. ABŞ rəsmisi Fox News-a bildirib ki, İsrail-İran gərginliyi fonunda “USS Nimitz” aviadaşıyıcısı Cənubi Çin dənizindən Yaxın Şərqə istiqamət alıb. ABŞ tərəfindən Aralıq dənizinin şərqinə göndərilən aviadışıyıcı vasitəsilə ballistik raketləri vurmaq mümkün olacaq. Digər tərəfdən İran yenidən ABŞ-la danışıqlara razı olduğunu deyib. Qeyd edək ki, “USS Nimitz” ABŞ-ın strateji nüvə aviasiya gücünü nümayiş etdirən simvolik gəmi olaraq tanınır. Təyyarə daşıyıcısı gəmi yalnız hərbi əməliyyatlarda deyil, həm də siyasi mesajlar üçün güc nümayişi kimi istifadə olunur. Gəmi 60–75-ə yaxın hərbi təyyarə və helikopter daşıya bilir. Bu rəqəm missiya və əməliyyat məqsədlərindən asılı olaraq dəyişə bilir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranla-ABŞ arasında nüvə danışıqları müsbət nəticə verə bilərdi: “Donald Tramp İranla nüvə razılaşmasını həyata keçirməklə Netanyahunun “İranın nüvə təhdidi” arqumentini onun əlindən almağa səy göstərirdi və buna yaxın idi. İranın nüvə silahı əldə etməsindən imtina edəcəyi ilə bağlı rəsmi zəmanət verməsi əslində danışıqlar prosesində müsbət tendensiyanın göstəricisi idi. Məhz bundan sonra İranla ABŞ arasında razılığın əldə oluna biləcəyindən ehtiyat edən İsrail hökuməti və ABŞ-də güclü dayaqlara malik sionist lobbi Trampa təzyiq edərək, daha maksimalist yanaşma ortaya qoymasına nail oldular. Tramp bildirdi ki, İran ümumiyyətlə dinc məqsədlər üçün də nüvə proqramını inkişaf etdirməməli və tamamilə dayandırmalıdır. Təbii ki, İran buna mənfi cavab verəcəkdi. Bununla da Netanyahu öz istəyinə nail oldu və İrana hücum üçün “əsaslar” yarada bildi”.

Əli Zülfüqaroğlu

Əli Zülfüqaroğlu əlavə edib ki, ABŞ birbaşa müharibələrə girmək istəmir: “Bununla bağlı ABŞ hökumətində 2 xətt var. İsrailin maraqlarının həyata keçirilməsində ABŞ hökumətinin iştirakında maraqlı olan və tam əksinə, yalnız ABŞ-nin maraqlarının prioritet olmasına səy göstərən xətlər var. Məsələn, husilərlə ABŞ arasında olan razılaşmada İsrailin maraqları nəzərə alınmadı. Amma Trampın ziddiyyətli açıqlamaları onu deməyə əsas verir ki, sionist lobbinin ABŞ-də daha dərin və daha güclü təzyiq rıçaqları var”.

Ekspert deyib ki, ABŞ son ana qədər birbaşa müharibəyə qoşulmamağa və diplomatik kanalları açıq tutmağa çalışacaq: “İsrailin müdafiə olunmasında iştirak etməsi bəllidir və rəsmən bunu açıqlayıb. Netanyahunun İranı tələsik hücumunun arxasında ilk növbədə ABŞ-İran danışıqlarının pozulması dayanır. Çünki Qəzzada uğursuzluq, İsrail daxilində Netanyahuya qarşı korrupsiya ittihamları və Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə qərar verməsi İsrail dövləti ilə yanaşı Baş naziri üçün də təhlükəli perspektivlər yaradıb. Bu da onu deməyə əsas verir ki, Netanyahunun özünün aqibəti sual altındadır. Yəni əslində Tramp da ABŞ-nin və Trampın maraqlarına təhlükə yaratdığı üçün Netanyahundan xilas olmağa çalışırdı. Bu baxımdan İrana hücum Netanyahunun son şansıdır. Əgər burada nəticə əldə edə bilməsə, o zaman Netanyahunun İranla bağlı planı əksinə işləyəcək. Yəni İsraildə teokratik rejim çökəcək və Netanyahu məhkəmədə cavab verməli olacaq. Ona görə də bütün vasitələrdən istifadə etməklə İran rejimini devirməyə çalışacaq. Əgər İranda rejim devrilərsə və Netanyahu istəyinə çatarsa, o zaman özünü və hökumətini xilas etməklə yanaşı, ABŞ-yə daha güclü təsir imkanlarına sahib olacaq. Bu baxımdan nüvə zərbələri daxil olmaqla, vəziyyət həddindən artıq təhlükəli xarakter ala bilər”.

Əli Zülfüqaroğlu həmçinin diqqətə çatdırıb ki, Netanyahunun istər Livan, istər Suriya, istər Həmas və istərsə də İrana qarşı həyata keçirdiyi əməliyyatların və bu səbəbdən də vəziyyətin son dərəcə mürəkkəb xarakter almasının təməl səbəbləri dini fanatizm üzərindən aparılan siyasi xəttdir: “Yəni, detallara girmədən deyə bilərik ki, “vəd edilmiş torpaqlar” planı bütün bölgə üçün fəlakət vəd edir. İsrail bir sıra dövlətlərin ərazilərinə iddia edir və bunu Allahın əmri kimi qəbul edir. Bu fanatik yanaşma təhlükənin miqyasını anlamaq üçün analiz zamanı proseslərin mərkəzinə qoyulmalıdır. İran uranın zənginləşdirilməsindən imtina etsəydi belə İsrail İrana hücumla bağlı başqa bəhanə tapacaqdı. Hesab edirəm ki, İrana hücumun arxasında dayanan digər faktor Türkiyədir. Çünki İsrailin genişlənməsi Türkiyənin Suriyadakı varlığının möhkəmlənməsi ilə bloklanacaq. Netanyahu Trampla məhz Türkiyə amili səbəbindən iki dəfə görüşdü və son görüş zamanı Tramp Netanyahuyta açıq şəkildə bildirdi ki, Türkiyə ilə uzlaşmalısan. Belə olan halda yeganə bəhanə İran qaldı və əminliklə söyləmək mümlkündür ki, Netanyahu İrana hücumda nəticə əldə edə bilsə, o zaman nəyin bahasına olursa olsun ABŞ-ni Türkiyə ilə birbaşa toqquşmaya sövq etməyə çalışacaq. Sionizm üzərindən yürüdülən siyasi xətt yüzillərə hesablanır və mərhələ-mərhələ həyata keçirilir. Ona görə də İran daha böyük fəlakətin sadəcə başlanğıcıdır. Çünki Böyük İsrailin qurulması üçün İsrailə daimi düşmən və xaos lazımdır. Nə qədər ki, İsraili fanatik dindarlar idarə edəcək, Yaxın Şərqdə xaos qaçılmaz olacaq”.

Əli Zülfüqaroğlu bildirib ki, danışıqlar prosesinin bərpa olunması üçün İran İsrailə həlledici zərbə vurmaq imkanlarına sahib olmalıdır: “Yalnız belə olarsa, danışıqlar prosesinə ümid etmək mümkündür. Yəni İsrail dövlətinin mövcudluğu sual altına düşür. Burada İranın hərbi imkanlarının olmadığı görüntüsü yaranır. Digər bir faktor, müharibə coğrafiyasının genişlənmə riskidir. Yəni Rusiya və Çin də daxil olmaqla üçüncü ölkələr İranın yanında yer alarsa, o zaman danışıqlar masasının bərpa olunması ehtimalı arta bilər”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 İyun 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri