Icma.az
close
up
RU
Netanyahunun özü xaosdan asılı vəziyyətə düşüb GÜNDƏM

Netanyahunun özü xaosdan asılı vəziyyətə düşüb GÜNDƏM

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müharibə bitəndən sonra Netanyahunun həbsi tələb olunacaq. Bunu baş nazir özü də başa düşür

İsrailin Baş naziri Binyamin Netanyahu barədə Hindistanın ingilisdilli “CNN-News18” nəşrinə müsahibəsində deyib ki, rəsmi Təl-Əvivin Qəzza zolağını ilhaq etmək niyyətində olmadığını bildirib. Netanyahu vurğulayıb ki, İsrail Qəzzanı ilhaq etməyəcək və bu əraziyə nəzarəti keçid idarəetmə orqanına verməyi planlaşdırır. O, həmçinin İsrailin hazırkı münaqişədə əsas məqsədlərini təsdiqləyib: HƏMAS-ın tamamilə məhv edilməsi və qalan bütün girovların qeyd-şərtsiz azad edilməsi.


İsrail Baş nazirinin sözlərinə görə, hərəkat üzvləri silahlarını yerə qoysa və oğurlananların hamısını azad etsə, döyüşlər tez bitə bilər.

Məlum olduğu kimi, daha əvvəl “Ynet” Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin Qəzza zolağının tam işğalına keçid planlarını təsdiqləməyə hazırlaşdığını bildirmişdi.

Netanyahunun səsləndirdiyi fikirlərdə diqqətçəkən bir neçə məqam var. Bunlardan birincisi onun Qəzza zolağını ilhaq etmək niyyətində olmadığını deməsidir. Fikrimcə, Netanyahu Qəzza zolağı ilə bağlı əvvəlki açıqlamasının səhv olduğunu və bunun rəsmi Təl- Əvivə qarşı təzyiqlərin artmasına səbəb olacağını anlayıb. Ona görə də sözünü dəyişdi. 

İkinci bir tərəfdən, İsrailin Qəzza zolağını tam tutması o qədər də asan məsələ deyil. İsrailin buna hərbi, texniki cəhətdən imkanı çatsa da, sözügedən addım çox ciddi beynəlxalq müqavimətlə qarşılaşacaq. Avropa dövlətlərinin ard- arda Fələstini dövlətini tanımaqla bağlı səsləndirdikləri bəayanatlar da göstərir ki, beynəlxalq ictimaiyyətin Təl- Əvivlə bağlı mövqeyi getdikcə pisləşir.

Odur ki, İsrail də daha ehtiyatlı addımlar atmağa məcburdur. 

Bundan başqa, Netanyahunun Qəzzanı tamamilə tutmaqla bağlı ambisiyasını açıq şəkildə səsləndirməsi siyasi səhv kimi də qiymətləndirilə bilər. İsrail gələcəkdə Qəzzaya tam nəzarəti təmin edib, bunu başqa cür əsaslandıra da bilər.  

Diqqətçəkən başqa bir məqam Netanyahunun Qəzzanın idarəolunmasını keçid idarəetmə orqanına verməyi planlaşdırdığını deməsidir. Baş nazirin dedikləri əslində İsrailin Qəzzada nəzarəti təmin etməklə ambisiyalarının təzahürüdür. Aydın məsələdir ki, perspektivdə yaradılacaq keçid idarəetmə orqanı rəsmi Təl- Əvivdən asılı olacaq və onun maraqlarına xidmət edəcək. Bu isə o deməkdir ki, Netanyahu Qəzza ilə bağlı ən pis halda muxtariyyət düşünür. 

Onun dediklərindən belə məlum olur ki, İsrailin HƏMAS-la bağlı planları dəyişməyib. Belə ki, Netanyahu müharibənin əvvəlində olduğu kimi hələ də HƏMAS-ı tamamilə məhv etmək iddiasındadır. Bu o deməkdir ki, Netanyahunu savaşı davam etdirməkdə maraqlıdır. 

Məsələ burasındadır ki, HƏMAS-ı asanlıqla və yaxın müddətdə məhv etmək mümkün deyil. Üstəlik, nəzərə almaq lazımdır ki, HƏMAS sadəcə təşkilat deyil, həm də ideologiyadır. Bu isə o deməkdir ki, HƏMAS-ın tamamilə məhv olması üçün yüzillər lazımdır. 

Ümumiyyətlə, Yaxın Şərqdə “sular yaxın zamanda durulmayacaq”. İsrail hakimiyyəti, həmçinin Netanyahunun özü xeyli dərəcədə xaosdan asılı vəziyyətə düşüb. Müharibə bitəndən sonra Netanyahunun həbsi tələb olunacaq, ən yaxşı halda isə o, iqtidarı ilə sağollaşmalı olacaq. Bunu baş nazir özü də başa düşür. Odur ki, xaoun səngiməsinə imkan vermir. Yəqin ki, Yaxın Şərqdə hələ uzun müddət “gün doğmayacaq”.

Kənan Novruzov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Avqust 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri