Netanyahunun bu sözü gündəm oldu 1788 dəfə dedi
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
İsrailin Baş naziri Benyamin Netanyahu korrupsiya işində dindirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
“Prosesdə əsas diqqət onun Hollivud film prodüseri Arnon Milçan və iş adamı Ceyms Pakerdən ümumilikdə 195 min dollar dəyərində bahalı siqar və şampan, həyat yoldaşı üçün 3100 dollar dəyərində qızıl-zinət əşyaları alması ilə bağlı iddialara yönəlib. Sorğu zamanı baş nazir prokurora 1788 dəfə “yadımda deyil” deyib. Netanyahu “Hər kəsin zaman-zaman yaddaşı zəifləyir, məndə belə olur”, söyləyərək sualları cavabsız qoyub.
Qeyd edək ki, 2019-cu il noyabrın 21-də Netanyahuya qarşı “rüşvətxorluq, etibara xəyanət və şəxsi məqsədlər üçün vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə ittiham irəli sürülüb. Həmin zaman prokuror ona qarşı üç ayrı korrupsiya işinin açılmasını istəyib.
İsrailin baş naziri ilk dəfə 2024-cü il dekabrın 10-da Təl-Əviv Rayon Məhkəməsində ifadə vermək üçün hakim qarşısına çıxıb
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 04 İyun 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















