Icma.az
close
up
RU
Netanyahunun sözçüsü Şoşana Bedrosyan kimdir? DOSYE

Netanyahunun sözçüsü Şoşana Bedrosyan kimdir? DOSYE

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir informasiya savaşının ən önəmli simalarından biri siyasətçilərin səsini dünyaya çatdıran sözçülərdir. Bu baxımdan İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan da son dövrlər diqqət çəkən şəxslərdən birinə çevrilib.

Yəqin ki, Şoş Bedrosyanın ad-soyadı azərbaycanlı oxucular üçün də nələrsə deyir: məsələn, onun erməni əsilli ola bilməsi kimi...
Bəs Şoş və ya Şoşana Bedrosyan milliyyətcə kimdir?
Modern.az saytı bunu araşdırmağa çalışıb.
Şoşana Bedrosyan ABŞ-da - Nyu-Yorkun Vestçester dairəsində doğulub və böyüyüb.
O, əsil-nəcabəti barədə X-dəki paylaşımlarının birində babalarının erməni əsilli olduğunu gizlətməyib:
“Amma mən erməni tərəfim haqqında çox şey bilmirəm”, - deyə Bedrosyan qeyd edib.

Haqqındakı məlumata görə, onun ulu babası vaxtilə daha yaxşı həyat axtarışı ilə Amerikaya köçüb. Onun ulu babasının Türkiyə ərazisindəki Qaziantep şəhərində yaşamış erməni olduğu bildirilir.
“Mənim ulu babam ulu nənəmlə Nyu-Yorkda tanış olub və orada da məskunlaşıblar”, - Şoş Bedrosyan açıqlamalarının birində bildirib.
Şoşana Bedrosyanın atası erməni əsilli, anası isə aşkenaz yəhudisidir. Onun atasının adı Ceoffri, anasının adı Marladır. Daff və Zak adlı iki qardaşı var.

O, İsrail hökumətində xidmət etmək üçün Tel-Əvivə köçüb.
Ş.Bedrosyan 2015-ci ildə Nyu-York ştatının Linkolndeyl şəhərində yerləşən Somers liseyini bitirib. Daha sonra Ithaca Kollecində təhsil alıb. Şoşana tələbəlik dövründə kollecin qadın futbol komandasında da oynayıb.
O, 2019-cu ildə televiziya və jurnalistika ixtisası üzrə məzun olub.

Karyerasına jurnalist kimi başlayan Bedrosyan ABŞ-da müxtəlif media qurumlarında çalışıb. O, “CBS News”, “News 12”, “The Jerusalem Post” kimi nəşrlərin əməkdaşı olub.


Jurnalist fəaliyyəti dövründə Bedrosyan həm yerli hadisələri, həm də beynəlxalq mövzuları işıqlandıraraq təcrübə toplayıb.

2025-ci ilin 25 sentyabrında Şoşana Bedrosyan İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasına səfəri ərəfəsində İsrail hökumətinin xarici media ilə əlaqələr üzrə sözçüsü və kommunikasiya mütəxəssisi vəzifəsinə təyinat alıb.
Həmin vaxt bu təyinat xarici medianın diqqətini çəkmişdi. Çünki proses sürətlə həyata keçirilmiş və təyinat zamanı “xüsusi etimad münasibətləri” əsas gətirilmişdi.

Bu isə xanım Bedrosyanın Netanyahu hökuməti daxilində etibarlı kommunikator kimi qəbul edildiyini göstərir.

Onun təyinatı ilə bağlı protokolda qeyd olunub ki, Baş nazir Benyamin Netanyahunun özü Şoş Bedrosyanı müsahibə edib və onun bacarıqlarından təsirlənib. Onun ana dili səviyyəsində ingilis dili bildiyi, beynəlxalq jurnalistika təcrübəsinə sahib olduğu, o cümlədən ABŞ-nin CBS şəbəkəsində çalışdığı qeyd olunub. Həmçinin vurğulanıb ki, o, xəbərləri beynəlxalq auditoriyaya uyğun şəkildə təqdim etmək, formalaşdırmaq və çatdırmaq bacarığına malikdir və müxtəlif mədəni nüansları və həssaslıqları anlama qabiliyyəti yüksəkdir.
Ş.Bedrosyanın fəaliyyəti xüsusilə Yaxın Şərqdə gərginliyin artdığı dövrdə ön plana çıxıb. O, son dövrlər beynəlxalq mediaya İsrail hökumətinin mövqeyini çatdıran əsas simalardan birinə çevrilib. Məsələn, Qəzza ilə bağlı atəşkəs danışıqları zamanı rəsmi açıqlamalar verib, girovların azad olunması prosesi barədə detallı məlumatlar paylaşıb, beynəlxalq qüvvələrin bölgədə iştirakı ilə bağlı hökumətin mövqeyini açıqlayıb.

Xarici media yazır ki, Şoş Bedrosyanın jurnalist keçmişi onun üslubuna da ciddi təsir edir. Belə ki, mürəkkəb mövzuları sadə və aydın izah edir, media ilə işləməyi yaxşı bilir, mesajları beynəlxalq auditoriyaya uyğunlaşdırır.

Bu xüsusiyyətlər onu klassik bürokrat sözçülərdən fərqləndirir.

Amma hər bir hökumət sözçüsü kimi, Bedrosyan da tənqidlərdən kənarda qalmır. Onun çıxışları siyasi təbliğat kimi qiymətləndirilir, beynəlxalq mediada bəzən mübahisəli reaksiyalar doğurur.

Şoşana Bedrosyan mütəmadi olaraq sosial şəbəkə hesablarında müxtəlif paylaşımlar edir.

Məsələn, onun paylaşımlarından biri İsrail ilə Azərbaycan arasında süni intellekt sahəsində anlaşma memorandumunun imzalanması ilə bağlıdır. Xanım Bedrosyan həmin mərasim zamanı İsrail və Azərbaycan bayraqları fonunda çəkdirdiyi fotoşəklini sosial mediada yerləşdirib.
Yeri gəlmişkən, ermənilər sosial şəbəkələrdə Şoşana Bedrosyana rəğbətlərini ifadə edir, onu bir növ “özlərindən biri” kimi gördüklərini bildirirlər. Hətta Bedrosyanla fəxr etdiyini yazan ermənilərə də rast gəlmək olur. Bu da səbəbsiz deyil, dünyada geniş yayılmış fürsətcil erməni diasporu üçün belə fiqurlar müəyyən siyasi və ya simvolik əhəmiyyət daşıyır.
Baxmayaraq ki, Şoşana Bedrosyan özünü erməni kimi deyil, daha çox yəhudi kimi görür. Çünki media və sosial şəbəkələrdə onun ermənilərə rəğbət doğuran hansısa açıqlamasına rast gəlinmir.
Amma erməni diasporu siyasət və mediada uğur qazanan belə şəxslərə “sahiblənmək” tendensiyasısından əl çəkmir və ələ düşən hər fürsətdən yararlanmağa çalışır.
Erməni diasporunun üzvləri sosial şəbəkələrdə tez-tez məqsədli şəkildə belə şəxslərin etnik kökünü qabartmaqla emosional reaksiyalar doğurmağa cəhd göstərirlər.

Şoş Bedrosyan dünyanı gəzməyə böyük həvəs göstərdiyini, müxtəlif mədəniyyətləri və dilləri öyrənməkdən zövq aldığını deyir. O, tarixlə maraqlanır və dünya xəbərlərini yaxından izləyir.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Aprel 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri