“Netfliks”dən Azərbaycana qarşı xoşagəlməz addım FOTO
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalında aktiv iştirak etmiş erməni komandir, Ermənistanın ilk müdafiə naziri Vazgen Sərkisyanla bağlı çəkilən film İrəvanda böyük maraqla qarşılanıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Əsasən onun Qarabağın işğalındakı rolu və daha sonra Ermənistandakı fəaliyyətindən bəhs edən filmin biletlərinin İrəvanda satış rekordu qırdığı bildirilir.
Məlumata görə, filmi ərsəyə gətirənlər onun “Netfliks”də yayımlanması üçün hərəkətə keçiblər. Artıq filmin ingilis dilinə tərcümə edildiyi bildirilib.
Hazırda “Netflix”lə danışıqlar davam edir, lakin yekun qərar məlum deyil.
Həmçinin Azərbaycana qarşı bir çox hərbi cinayət törətmiş, Birinci Qarabağ müharibəsindəki iştirakına və qətliamlarına görə Ermənistanın “milli qərhərmanı” adını almış Monte Melkonyan barəsində də film çəkilməsi nəzərdə tutulub. Qəzet bu ekran işinin də “Netfliks”də yayımlanmasının planlaşdırıldığını yazır.
Qeyd edək ki, ötən il Ermənistanın Elm, Təhsil və Mədəniyyət Nazirliyi ilə “Netfliks” arasında memorandum imzalanıb. Bu çərçivədə Ermənistanda bir sıra film və serialların çəkilməsi nəzərdə tutulub.

Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 08 Aprel 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















