Icma.az
close
up
RU
“Yaşayan Əlişir Nəvai”

“Yaşayan Əlişir Nəvai”

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Beynəlxalq elmi konfrans keçirilib

AMEA-nın Rəyasət Heyətində dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 585 illiyinə həsr edilən “Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə AMEA-dan bildirilib.

Əvvəlcə konfrans iştirakçıları Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət edib, görkəmli söz ustadının abidəsi önünə gül dəstələri düzüblər.

Daha sonra tədbir iştirakçıları AMEA Rəyasət Heyətinin binası, eləcə də 100 il öncə Türk dünyasını ilk dəfə birləşdirən Birinci Türkoloji Qurultayın keçirildiyi Rəyasət Heyətinin Böyük akt zalı ilə tanış olublar.

Konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Əlişir Nəvainin özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli simalardan biri olduğunu vurğulayıb, onun ümumtürk ədəbiyyatında söz sənətinin zirvəsində dayanan korifeylər sırasında şərəfli yer tutduğunu qeyd edib.

AMEA prezidenti vurğulayıb ki, Əlişir Nəvai irsinə dair əlyazmaların saxlanıldığı ən böyük mərkəz Daşkənddən sonra Azərbaycandır. O, AMEA-nın Əlyazmalar İnstitutunda dahi şairin onlarla qiymətli əlyazmasının qorunduğunu söyləyib. Bildirib ki, onların sırasında Əlişir Nəvainin sağlığında köçürülmüş nüsxələri və özbək ustadların qeydləri ilə zəngin əlyazmalar xüsusi əhəmiyyət daşıyır. Bu fakt Azərbaycanın Əlişir Nəvai irsinin qorunması və yaşadılması baxımından mühüm elmi-mədəni məkan olduğunu bir daha təsdiqləyir.

Akademik qeyd edib ki, XX əsrin əvvəllərindən bu günədək ölkəmizdə Əlişir Nəvai haqqında nəşr edilmiş və tərcümə olunmuş yüzlərlə kitab və məqalə, eləcə də onun əsərlərindən ibarət zəngin bir elmi kitabxana formalaşıb.

Akademik İsa Həbibbəyli Azərbaycan xalqının və bütövlükdə Türk dünyasının Əlişir Nəvai yaradıcılığına dərin hörmət bəslədiyini söyləyərək bildirib ki, Özbəkistanda Nizami Gəncəvi və Məhəmməd Füzuli irsinə göstərilən yüksək ehtiram Azərbaycanda Əlişir Nəvai yaradıcılığına bəslənilən sevgi və hörmətlə eyni səviyyədədir. Əlişir Nəvai ortaq mədəni yaddaşımızın, ortaq mənəvi gücümüzün rəmzidir.

Dahi şairin ən böyük xidmətlərindən birinin türk dilində qələmə aldığı “Xəmsə”si olduğunu diqqətə çatdıran AMEA prezidenti əlavə edib ki, Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi və Əbdürrəhman Cami də “Xəmsə” müəllifləri olsalar da, bu möhtəşəm ədəbi nümunəni ilk dəfə türk dilində yaradan Əlişir Nəvai olub. Bu fakt onun Türk dünyasına verdiyi tarixi və mədəni töhfənin miqyasını aydın şəkildə göstərir. O, həmçinin Əlişir Nəvainin “Xəmsə”sinin bir neçə il əvvəl professor Ramiz Əskər tərəfindən Azərbaycan dilinə tərcümə edildiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Əlişir Nəvainin əsərlərində Türk dünyası xalqlarının ədəbiyyatı, mənəvi dəyərləri və insan dünyası geniş və dərin şəkildə öz əksini tapır. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının təsis etdiyi ən ali mükafatlardan biri məhz Əlişir Nəvainin adını daşıyır.

AMEA rəhbəri Nizami Gəncəvi yaradıcılığına ən yüksək dəyəri verən böyük sənətkarlardan birinin də Əlişir Nəvai olduğunu xatırladıb: “Əlişir Nəvainin fikrincə, Nizami Gəncəvi elə bir sənət zirvəsidir ki, onunla “pəncə-pəncəyə” gəlmək heç kəsin hünəri deyil. Eyni qarşılıqlı hörmət və məhəbbət ənənəsini Məhəmməd Füzuli də Əlişir Nəvainin timsalında özbək xalqına göstərib”.

Akademik İsa Həbibbəyli çıxışının sonunda qeyd edib ki, Əlişir Nəvainin yubileyinin Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində keçirilməsi xüsusi rəmzi məna daşıyır. O, beynəlxalq konfransın işinə uğurlar arzulayaraq, bu kimi elmi tədbirlərin Türk dünyasının mədəni və elmi birliyinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından danışıb, iki ölkənin tarixi köklərinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının bir-birinə yaxın olduğunu bildirib. Nəvai irsinə xüsusi diqqət və qayğı göstərildiyini deyən Bahrom Aşrafxanov ölkə rəhbərliyinin dəstəyi ilə qüdrətli söz ustadının yaradıcılığının öyrənilməsi və təbliği üzrə səylərin davam etdirildiyini vurğulayıb. O, Azərbaycanın Əlişir Nəvainin ikinci Vətəni kimi qəbul edildiyini söyləyib, Bakı şəhərində Nəvainin heykəlinin ucaldılmasını qardaş ölkənin özbək şairinin xatirəsinə ehtiramının ifadəsi olduğunu qeyd edib.

Səfir Azərbaycanda Əlişir Nəvai ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndirib. O, beynəlxalq konfransın türkoloji elmin inkişafına, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə, eləcə də Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə çıxışında Əlişir Nəvainin təkcə XV əsrin böyük şairi deyil, həm də Türk dünyasının böyük söz ustadı və mütəfəkkiri olduğunu söyləyib. Qeyd edib ki, Nəvainin irsi türk dilini mədəniyyət, ədəbiyyat və sivilizasiya dəyərlərinin ötürülməsi vasitəsinə çevirir.

Əlişir Nəvainin türkdilli poeziyanın tərəqqisindəki rolundan bəhs edən Birol Akgün bildirib ki, özbək şairinin qələmə aldığı əsərlər Özbəkistanın və bütövlükdə Türk dünyasının mənəvi yüksəlişinə xidmət edib.

Səfir Əlişir Nəvainin türk xalqlarının ortaq mədəni irsinə, mədəni şüuruna təsir edən qüdrətli şəxsiyyət olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, Milli Məclisin deputatları Eldar İbrahimov və Günay Əfəndiyeva çıxış edərək Əlişir Nəvai yaradıcılığının xalqları birləşdirən güclü mənəvi körpü olduğunu vurğulayıb, konfransı ortaq irsimizə, bəşəri dəyərlərə və qardaş xalqlarımız arasındakı dərin dostluq və həmrəyliyə töhfə kimi dəyərləndiriblər. Qeyd olunub ki, şairin şah əsəri sayılan “Xəmsə”ni türk dilində yazması onun Türk dünyasına olan sevgisinin, ehtiramının və bağlılığının təzahürüdür.

Tədbirdə Özbəkistanın “Vətəndaşlar” İctimai Fondunun İdarə Heyətinin sədri Odiljon Səttarov, özbəkistanlı alimlərdən professor Marufjon Yoldaşev, dosent Burabiya Rajabova və yazıçı Risolat Haydarova Nəvainin yaradıcılığı, poemalarının ideya mahiyyəti haqqında məruzə ediblər.

Sonda Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbəsi Zhu Tianxu dahi mütəfəkkir Əlişir Nəvai yaradıcılığına həsr olunan beynəlxalq tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib, Səməd Vurğunun dillər əzbəri olan “Azərbaycan” şeirini səsləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://ayna.az
archiveBu xəbər 05 Fevral 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see415

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see387

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see282

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see237

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see236

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see225

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see217

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see201

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see191

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see189

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see179

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see177

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see174

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see170

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see169

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see168

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see162

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see155

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see153

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri